KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: Pəzeşkiyan İran seçkilərində sürprizə imza ata biləcəkmi?

Kamal Aliyev: Pəzeşkiyan İran seçkilərində sürprizə imza ata biləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
177 0

Nəhayət,4 gün sonra İran İslam Respublikasının növbəti prezidenti məlum olacaq.Dogrudur,İran prezidentliyinə 6 namizəd üçün təbligat-təşviqat kompaniyası qısa olsa da,maraqlı prosesə şahid olduq.Ən azından,bəyənmədiyimiz mollakratiyada namizədlər birlikdə dövlət televiziyasında müzakirələr apara bildilər.
Bundan əlavə,maraqlı məqamlardan biri də hansı namizədin prezidentliyə daha şanslı oldugu məsələsidir.Ötən dəfə yazmışdım ki,ən şanslı namizəd İran parlamentinin hazırkı spikeri Məhəmməd Baqir Qalibaf və Səid Cəlilidir.Lakin seçkiyə 4 gün qalmış son rəy sorgusuna görə,yeganə islahatçı namizəd olan Məsud Pəzeşkiyan 24% səs toplayaraq rəqiblərini geridə qoyub.Xatırladım ki,keçmiş səhiyyə naziri olan və ali rəhbər Seyid Əli Xamaneiyə sadiq olan Pəzeşkiyan hicab məsələsində qadınlara müəyyən sərbəstliyin verilməsinin tərəfdarıdır.Digər maraqlı detal isə budur ki,Pəzeşkiyan faktoru əhalinin rejimdən narazı olan seqmentini seçk7də iştirak etməyə sövq edə bilər.Və bununla da rejim əvvəlki seçkidən fərqli olaraq daha çox seçicini prosesə cəlb edərək legitimlik problemini də həll edə bilər.
Son rəy sorgusuna gəlincə,İranlı Tələbələr Rəy Agentliyinin keçirdiyi sorguda 4057 nəfər iştirak edib və Pəzeşkiyan 24,4%,Səid Cəlili 24%,Qalibaf isə 14,7% səs toplayıb.Halbuki,2 həftə əvvəl Pəzeşkiyan bütün rəy sorgularında 2 və yaxud 3-cü yerdə qərar tuturdu.Nəzərə alaq ki,əslın azərbaycanlı olan Pəzeşkiyan hicabla yanaşı İrandakı xalqların öz ana dillərini sərbəst istifadəsinə də tərəfdar oldugunu bəyan edib.Lakin Pəzeşkiyan seçki platformasında daha birləşdirici mövqedən çıxış edir və Xamaneiyə sadiq olacagını da gizlətmir.Buna rəgmən,Pəzekiyanın populyar olmasında yeganə amillərdən biri də onun digər konservativ namizədlərdən fərqli olaraq,gənclərə yönəlik düşüncələridir.Xüsusilə,sosial şəbəkələrin üzərindəki qadaganın götürülməsi də Pəzeşkiyanın vədləri arasındadır.Təbii ki,reformist Pəzeşkiyanın işi o qədər də asan deyil,ancaq siyasətdə sürprizlər həmişə gözlənilir…

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir