Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri xüsusi əhəmiyyət daşıyır.Ona görə ki,ölkənin hakim siyasi qüvvəsi-“Gürcü Arzusu”(Oçneba)parlamentəki 150 yerin 113-ünü qazanmaq istəyir ki,müxalifətdəki qərbpərəst”Vahid Milli Hərəkat”və onun bütün “peyk və varis partiyalarının”fəaliyyətinə son qoya bilsin.Qonşu Gürcüstanın “kölgə siyasi lideri”Bdzina İvanişvili müxalif VMH-ni “yerli müharibə partiyası”adlandırır və qüvvəni xarici dövlətlərin “maşası”kimi göstərir.
Onu da vurgulamaq lazımdır ki,hakim “Oçneba”rəy sorgularında bütün müxalif partiyalardan üstün görünsə də,oktyabrdakı seçkilərdə 113 mandat qazanmaq o qədər də asan deyil.Gürcüstan parlamenti 120-si proporsional,30-u isə majoritar yolla seçilmiş deputatlardan ibarətdir.Görünən budur ki,baş nazir İrakli Kobaxidze,”Gürcü Arzusu”nun lideri İrakli Qaribaşvili və “kölgə lider”Bdzina İvanişvili məqsədlərinə çatmaq üçün sona qədər dirənəcəklər.
Buna rəgmən,Qərb “Oçneba”nın Gürcüstan siyasətində üstün mövqe qazanmasına qarşıdır və hesab edir ki,”Agentlər haqqında Qanun”ölkədəki qərbyönümlü müxalifətin sıxışdırılmasına və Rusiyanın maraqlarına hesablanıb.Hətta gürcü müxalufəti məlum qanuna “Rusiya qanunu”adını verib.
Digər tərəfdən,hakim “Oçneba”homofob konstitusiya qanunu qəbul etmək üçün parlamentdə çoxluqda olmalıdır.Əgər hakim “Oçneba”məqsədinə nail olsa,eynicinsli nigahlara qadaga qoyulacaq,eynicinslilərin övladıga uşaq götürməsinin qarşısı alınacaq,psevdoliberal ideologiyanın yayılması qadagan ediləcək.
Beləliklə,oktyabrın 26-da Gürcüstanda keçiriləcək seçkilərdə təkcə Qərb-Rusiya deyil,həm də milli-mənəvi dəyərlər və LGBT də əsas “hesablaşma”mövzuları olacaq.