KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Növbəti “Ukrayna”Yunanıstan,”Zelenski” isə Miçotakis ola bilər

Kamal Aliyev: Növbəti “Ukrayna”Yunanıstan,”Zelenski” isə Miçotakis ola bilər

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
368 1

Ümid edirdik ki,qlobal koronavirus pandemiyasından sonra Yeni Dünya Nizamı(YDN) yaranacaq və bu dəfə bəşəriyyət rahat nəfəs alacaq.Bu gözləntimiz baş tutmadı,əksinə,bu dəfə “meymunçiçəyi”adlı növbəti hoqqabazlıqla bəşər övladını qarşı-qarşıya gətirdilər.Görünür,bir müddət də meymunçiçəyi ilə məşgul olacagıq.

Yazının başlıgı bir az qeyri-müəyyən görünə bilər.Ancaq siyasət elmi həm də qeyri-müəyyənliklərdən,gözlənilməyən hadisələrdən və təsadüflərdən ibarətdir.
Yazının başlıgında müəmmalı olan budur ki,bəs növbəti “Rusiya”kim ola bilər…

Uzatmayaq,birbaşa mətləbə keçib növbəti “Rusiyanın”kim olduguna aydınlıq gətirək.Bəli,növbəti “Rusiya”Türkiyə ola bilər.
Mən keçən dəfə də Yunanıstanın baş naziri Kiriyakos Miçotakisin ABŞ-səfəri,onun Konqresdə çıxışını və gur səslə alqışlandıgı haqqında yazmışdım.
Cənab K.Miçotakis əvvəlcə AG Evdə ABŞ prezidenti Cozef Baydenlə görüşür,ona Türkiyəni şikayət edir,daha sonra yunan baş nazir təmtəraqlı şəkildə Konqresdə qarşılanır.Miçotakisi Konqresdə ABŞ-ın vitse-prezudenti Kamala Harus və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qarşılayır.

Yunanıstan bu il müstəqilliyinin 201 illiyini qeyd edir.201 il əvvəl Yunanıstan Osmanlı İmperiyasından qurtularaq müstəqilliyini bəyan edir.Bu ölkə 400 il Osmanlı İmperiyası tərəfindən idarə olunub.

Beləliklə,K.Miçotakis ABŞ Konqresində iki dövlət başçısı haqqında şikayətlənir.Təbii ki,Miço əvvəlcə Rusiya prezidenti V.Putini Ukraynadakı işgalçılıq siyasətini pisləyir,Mariuopol müqavimətini alqışlayır və ukraynalılarla bərabər oldugunu bəyan edir.Ki mən Miçotakisin Putin haqqında dediklərini müsbət hesab edirəm,hətta az belə dediyini vurgulayıram.Lakin K.Miçotakisin Türkiyə və Ərdogan haqqında gərəksiz və lüzumsuz hədyanlarını qəbul etmək mümkün deyil.

Yunan baş nazir Kipr adasında iki dövlətli həll planını qəbul etməyəcəklərni deyir,48 il əvvəl adanın bölündüyünü iddia edir.Gəl gör ki,ötən əsrin 70-ci illərində Kipr adasındakı yunanların türklərə qarşı etnik təmizləmə siyasəti olan”ENOZİS”hərəkatı haqqında sus-pus olur.

Yadınızdadırsa,ermənilər də keçən əsrin 80-ci illərində Ermənistanda yaşayan etnik azərbaycanlılara qarşı “Miatsum”hərəkatına start vermişdilər.
Dedim axı,bu,bizə bir yerdən tanışdır.
Nəysə,mövzudan uzaqlaşmayaq…

Hal-hazırda ABŞ Yunanıstanı sürətlə silahlanır.Halbuki,Yunanıstan Avropanın ən kasıb ölkələrindəndir.Yunanıstan ərazisi hazırda ABŞ hərbi bazalarının poliqonuna çevrilib.Və ən çox da ABŞ hərbi bazaları Yunanıstanın Türkiyə ilə sərhədində cəmləşib.(Dədəagac bölgəsi)

Ortaya sual çıxır:ABŞ Yunanıstanı(həm də Avropanın ərköyün övladı)kimə qarşı silahlandırır? Şübhəsiz ki,Türkiyəyə qarşı.
Növbəti sual:Axı Yunanıstan kimi Türkiyə də NATO-da Vaşinqtonun müttəfiqləri deyilmi?
Əlbəttə,Türkiyə və Yunanıstan NATO-nun üzvləridir.Üstəlik,Türkiyədə də ABŞ-ın hərbi bazaları var(İncirlik və Kürəcik).
Amma bu ümumi rəyi dəyişmir, görünən budur ki,Vaşinqton lazım bildiyi məqamda öz geopolitik hədəfləri üçün Türkiyə və Yunanıstan arasında müharibə çıxara bilər.Necə ki,Zelenski və Ukraynanı diktator Putinin önünə atdılar,sabah Yunanıstanı da Türkiyəyə qarşı istifadə edə bilərlər.Bunun üçün Türkiyəni NATO-dan bir yol tapıb kənarlaşdıra da bilərlər.
Yaxşı,bəs,Türkiyə NATO-nun şərq qanadı üçün vacib üzv ölkə deyilmi?
Təbii ki,Türkiyə döyüşkən ordusu ilə NATO üçün vacib ölkədir.Ancaq bu vaciblik soyuq müharibə dövründə daha əhəmiyyətli idi.
Son olaraq,onu da yazım ki,əgər növbəti “Ukrayna”Yunanıstan olarsa,o zaman “Zelenski”də Miçotakis ola bilər.

Bəs növbəti “Rusiya”kim ola bilər?
Onun da cavabını siz yazın…
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

1 Yorum

  1. Sezen - -

    Gerçekten işiniz çok zor bu ülkenin durumu nasıl olacak Gerçekten bilmiyorum

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir