KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: NATO zirvəsi,Türkiyə,İsveç və Finlandiya

Kamal Aliyev: NATO zirvəsi,Türkiyə,İsveç və Finlandiya

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
36 0

Bu gün İspaniyanın paytaxtı Madrid şəhərində NATO-ya üz ölkələrin dövlət və hökumət başçılarının növbəti zirvə toplantısı keçiriləcək.Belə demək mümkünsə,soyuq müharibədən sonra NATO hal-hazırda ən kritik dövrünü yaşayır,yeni təhlükəsizlik qayğıları ilə üz-üzədir.Xüsusilə,Rusiyanın Ukraynadakı işğal hərəkatı,onun nəticələri NATO-nu yeni təhlükəsizlik konsepsiyasını qəbul etməyə sövq edir.Şübhəsiz ki,NATO-nun yeni təhlükəsizlik konsepsiyasında təkcə Rusiya deyil,o cümlədən Çinin artan nüfuzu və ona qarşı alyansın preventiv siyasi kursu da müəyyən ediləcək.

Hazırda NATO nordik ölkələri olan İsveç və Finlandiyanın bu təşkilata üzvlüyü,Türkiyənin bu kontekstdə təhlükəsizlik qayğıları günün deyərdim ki,müzakirə edilməklə olan kritik başlıqlardır.Rəsmi Ankara isə tələblərindən imtina etmir və istəyir ki,İsveç və Finlandiyada PKK/PYD kimi separatçı kürd dərnəklərinin,QHT-lərinin aktiv fəaliyyətinə son qoyulsun.Dünən NAT-nun baş katibi Stoltenberq və Isveçin baş naziri Maqdelena Anderssonun birgə mətbuat konfransını dinlədim və görünən budur ki,Stokholm PKK-ya qarşı müəyyən qərarlar qəbul edib,bu hörgütü terror qruplaşması kimi qəbul edir və Ankaranın haqlı tələblərini nisbətən anlayır.Bu gün həm də NATO,Türkiyə,Isveç və Finlandiya arasında dördlü görüş keçiriləcək.Mənim qənaətim isə budur ki,hətta Isveçin daxilində belə bu ölkənin NATO-ya üzvlüyünə qarşı olanlar var.Isveç bir tərəfdən deyir ki,PKK bir terror təşkilatıdır,digər tərəfdən terror təşkilatının üzvləri bu ölkədə mitinqlər keçirir,hörgüt əlıbaşının portretlərini təbliğ edirlər.Güman edirəm ki,Ankara son anda İsveç və Finlandiyanın NSTO üzvlüyünə qarşı çıxmayacaq,ancaq yazılı sənəd(vəd)alacaq.Ancaq bu,o demək deyil ki,İsveç və Finlandiya dərhal NATO-ya üzv qəbul ediləcəklər,Bu,müəyyən bir prosedurdur və hazırlıqlar tamamlanmalıdır.

NATO-nun Madrid zirvəsində Türkiyə prezidenti Ərdoğan və ABŞ lideri Bayden arasında da görüş keçiriləcək.Məlumata görə,ABŞ tərəfi bu görüşdə maraqlıdır.Ehtimal edirəm ki,Bayden İsveç və Finlandiya məsələsində türkiyəli həmkarı Ərdoğanı ikna etməyə çalışacaq.Türkiyə isə NATO-nun genişlənməsinə qarşı deyil,ancaq öz təhlükəsizlik maraqlarını qorumağa məcburdur.Məsələ budur ki,Suriyanın şimalında kürd separatçılarına təkcə İsveç və Finlandiya deyil,elə ən böyük maddi,hərbi yardımı edən ABŞ-dır.Tutaq ki,sabah İsveç və Finlandiya PKK-ya dəstəkdən vaz keçdi.Lakin Suriyanın şimalındakı kürd separatizmə ən böyük himayəni ABŞ edir.Ümid edirəm ki,Ərdoğan Baydenlə keçirəcəyi görüşdə bu mövzunu gündəmə gətirəcək.Əlbəttə,Türkiyə və ABŞ arasında həll olunmayan S-400,F-35 proqramından Ankaranın çıxarılması kimi kritik mövzular var.Amma Türkiyə hazırda mövcud geopolitik konyukturada,dəyişən qlobal şərtlər çərçivəsində öz hədəflərindən vaz keçməməlidir.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.