KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: NATO Rusiya təhlükəsinə qarşı Avropanı konsolodasiya edir

Kamal Aliyev: NATO Rusiya təhlükəsinə qarşı Avropanı konsolodasiya edir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
323 0

NATO-nun baş katibi Jens Stoltenberq deyib ki,Avropanın müdafiə qabiliyyətinin artırılmasına ehtiyacı var.J.Stoltenberqə görə,təyyarə,gəmi və digərlərinin döyüşə hazırlıgı gücləndirilməli və müdafiə sənayesinə diqqət ayrılmalıdır.

Əslində,Stoltenberqin bu sözlərini www.ft.com dan oxuyanda dərhal Avropa ordusu ideyasını düşünməyə başladım.
Xüsusilə,Fransa prezidenti Emanuel Makron dəfələrlə Avropa İttifaqı ordusunun yaradılmasını vurgulayır.

Hətta Fransada Aİ ordusu ilə baglı ənənəvi “Şarl de Qoll-Mitteran”xətti də vardı.E.Makron nə vaxt Aİ ordusu ideyasını gündəmə gətirir,dərhal ya “sarı jiletliler”,ya da başqa “təzyiq”vasitələri işə düşür.Hətta E.Makron onu da demişdi ki,NATO infarkt keçirib,komadadır və qeyri-funksionaldır.
Makronun məlum Avroskeptik fikirlərinə görə bəzən ona öz ölkəsində “balaca Napaleon”ayaması qoşub rişxənd edirlər.
Ancaq E.Makron xarici siyasətdə pro-aktivdir və bunu daxili siyasətə proyeksiya etməkdə ustadır.

Relallıq budur ki,NATO elə ABŞ deməkdir.Bu təşkilatı ABŞ 1949-cu ildə ikinci dünya müharibəsindən sonra yaranan geopolitik reallıqlara uygun olaraq yaradıb.
NATO həm də kontinental Avropanın təhlükəsizliyini qorumaqla mükəlləfdir.
Yəni,mən inanmıram ki,J.Stoltenberq “Avropanın müdafiə qabiliyyətinin artırılmasına ehtiyac var”dedikdə Aİ-nin öz ordusunu yaratmasına eyham vurub.

Digər tərəfdən,J.Stoltenberqin vətəndaşı oldugu Norveç Krallıgı NATO-nun təsisçilərindəndir.
Üstəlik,Norveç Avropa İttifaqının üzvü də deyil.Bu,o deməkdir ki,Norveçin təhlükəsizliyinin qarantı NATO-dur.
ABŞ isə Avropa İttifaqı ordusu ideyasına pozitiv yanaşmır və tələb edir ki,üzv dövlətlər ÜDM-nin 2%-ni NATO büdcəsinə ödəməlidirlər.
Məsələn,ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu məsələdə indiki prezident Cozef Baydenə görə daha “tələbkar”idi.

Bundan əlavə,Rusiya prezidenti Ukrayna sərhədinə 100 mindən artıq qoşun toplayıb və indi hamı rus diktatorun bu ölkəyə konkret hansı tarixdə hücuma keçəcəyini mübahisələndirir.
Lakin V.Putin nə qəddar lider olsa da,eyni zamanda geopolitik oyunçudur.
Hal-hazırda V.Putin İsveçə məxsus Qotland adasının ətrafına nüvə başlıqları daşıyan submarinləri yerləşdirib.
Mən şübhə etmirəm ki,bu,təhdiddir.
Ancaq Putin dəfələrlə “sag göstərib,sol vurmagı”bacaran siyasətçi oldugunu da göstərib.

V.Putin hibrid müharibə və lokal sabotajları “ugurla”həyata keçirən siyasi personadır.Uzunlugu 176 km,eni 52 km olan Qotland adası kifayət qədər strateji nöqtədədir.

Əgər Putin Avropa ilə həqiqətən müharibəyə başlayacaqsa,ən birinci Qotland adasını ələ keçirməlidir.
Üstəlik,Qotlan adası və Kalininqrad arasındakı məsafə 300 km-dən bir az artıqdır.
Kalininqrad isə Polşa və Litvanın arasındadır və Putin bu ərazidə xeyli sayda “İsgəndər”raket kompleksləri yerləşdirib.
Deməli,Qotland adasının strateji əhəmiyyəti çox vacibdir və üstəlik,İsveç NATO-nun üzvü də deyil.
J.Stoltenberqin bu gün söylədikləri həm də İsveçə də aiddir.Yəni,rəsmi Stokholm Rusiya təhlükəsindən sıgortalanmaq istəyirsə,bir an belə tərəddüd etmədən NATO üzvlüyü üçün müraciət etməlidir.
Yoxsa sonra hər şey gecə ola bilər…
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir