KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Moskvanın Baydenə cavabı gecikmədi…

Kamal Aliyev: Moskvanın Baydenə cavabı gecikmədi…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
294 0

Bu gün dondurma dükanından çıxan ABŞ prezidenti jurnalistlərə belə açıqlama verdi:”Rusiya Ukraynaya hərbi müdaxilə etsə,birbaşa Putinin özünə və ətrafına sanksiyalar tətbiq edəcəm.ABŞ isə Ukraynaya hərbi qüvvə göndərməyəcək”.

Moskvanın Baydenə cavabı gecikmədi…

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Baydeni nəzərdə tutaraq belə dedi:”ixtiyar,sən hələ buna bir cəhd elə”.

Məncə,Rusiyanın ABŞ-ın agır sanksiyalarına cavabı bu ölkə bütün əlaqələrin birtərəfli qaydada kəsilməsi ola bilər.
Bu,postmoderm soyuq müharibənin yeni forması ola bilər.
Rusiya Ukraynada istədiyinə nail ola bilsə,növbəti münaqişə ocagı Tayvan olacaq.Çin Tayvanı işgal etməyə cəhd edəcək.
Daha sonra sıra Balkan yarımadasına gələcək.Bosnia və Hersoqovinaya daxil olan Sırpıska muxtariyyəti artıq ayrılmaq haqqında düşünür.Bosniya serblərinin lideri Milorad Dodik balkanlarda V.Putinin növbəti separatçısıdır.
Milorad Dodik Bosniya və Hersoqovinada müharibəyə son qoyan və 1995-ci ildə imzalanan Deyton sülh müqaviləsini qəbul etmir.O,eyni zamanda 1995-ci ilin iyul ayının 11-dən 22-nə qədər Serebrenitsada 8 min bosniyalı müsəlmanın serblər tərəfindən(Radko Mladiç qırgına rəhbərlik etmişdi) kütləvi şəkildə soyqırımını da inkar edir.

Bu arada,sosial şəbəkələrdə yayılan görüntülərə görə,Ukraynanın Kiyev,Xarkov,Dnipropetrovsk,Zaporijia kimi şəhərllərində rusların dükanları,evləri silahlı qruplar tərəfindən qarət olunur.
Bayaqda yazdıgım kimi,bütün bunlar Rusiyanın təxribatlarıdır.
Putin “hibrid”taktikasını işə salıb…

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir