Mariuopol şəhərinin işgalçı ruslar tərəfindən işgal olunacagı əvvəldən məlum idi.Bu şəhərdə keçmiş SSRİ zamanından mövcud olan və hektarlarla ərazini əhatə edən “Azovstal”metallurgiya zavodu Ukrayna müqavimətinin simvollarından biri idi.
Mariuopol Azov dənizinin sahilində yerləşən əhəmiyyətli bir liman şəhəri kimi 2014-cü ildə də Donbasdakı rus separatçılarının hücumuna məruz qalmışdı.
İndi rusların əsas hədəfi Donbasın ən böyük şəhəri Mariuopolun işgalından sonra Xarkov və Odessa olacaq.
Rusiyanın baş diplomatı S.Lavrovunda dediyi kimi müharibənin ikinci mərhələsi başlayıb.Və ikinci mərhələnin daha qanlı olacagını düşünürəm.Rsiyadakı rejimin hədəfi həm də Odessanı nəyin bahasına olursa-olsun ələ keçirib Ukraynanın Qara dənizə çıxışını əngəlləməkdir.İndiki halda Azov dənizi artıq rus gölü hesab oluna bilər.
Mariuopolda isə vəziyyət gərgindir.Belə ki,işgalçı rusların məlumatına görə,1478 nəfər ukraynalı döyüşçü təslim olub,ancaq 2000 nəfər ukraynalı əsgər,muzdlu döyüşçü və mülki sakinlərin hələ də “Azavstal”metallurgiya zavodunda qaldıgı deyilir.Rusiya prezidenti V.Putin isə Mariuopolun işgalına görə,müdafiə naziri Sergey Şoyqunu təbrik edib və “Azovstal”zavoduna hücum etməməyi əmr edib.Ola bilsin ki,ruslar hazırda zavodda qalan 2000 nəfər insanın da “ag bayraq”qaldıracaqlarını gözləyəcək.
Onu da vurgulayım ki,ruslar müharibə başlayandan bəri 30 min Mariuopol sakinini qanunsuz olaraq Rusiyaya aparıb,xeyli sayda mülki sakini qətlə yetirib.
Gəldiyimiz nəticə budur ki,Vladimir Putinin işgalçı siyasəti növbəti və qanlı mərhələyə qədəm qoyur.
Dünəndə yazdıgım kimi,iribuynuzluların geopolitik hesablaşma arenası olan gözəlim Ukrayna tarumar,olan isə ukraynalılara olur.
Ən bədbin proqnozum isə budur ki,ruslar bir müddətdən sonra yenidən Kiyvə dogru yönələcəklər;bu dəfə daha agır,daha öldürücü silahlarla.
Dünya bir diktatorun əlində girinc olub.
Kamal Aliyev Kafkassam