KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Makronun “strateji muxtariyyət”strategiyası Aİ-ni ABŞ-ın orbitindən çıxara bilecek mi

Kamal Aliyev: Makronun “strateji muxtariyyət”strategiyası Aİ-ni ABŞ-ın orbitindən çıxara bilecek mi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
217 0

 

Fransa prezidenti Emanuel Makronun 3 günlük Fransa səfərindən sonra nüfuzlu “Politico”nəşrinə verdiyi müsahibəni oxudum.Yeri gəlmişkən,fransız prezident Makronun “strateji muxtariyyət”adlı siyasi nəzəriyyəsi var.Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki,Fransanın liderlik etdiyi Avropa İttifaqı ABŞ-ın təsir obyektindən çıxaraq beynəlxalq münasibətlər sistemində “strateji muxtariyyət”əldə edir.Yəni,Aİ ABŞ-ın Avro-Atlantik məkanda müttəfiqi olmasına baxmayaraq,öz xarici siyasət doktrinasını müstəqil həyata keçirmək hüququ qazanır.Makronun dediyinə görə,Avropa İttifaqı istəmədiyi münaqişələrı cəlb edilir ki,bu qoca qitə üçün priblemlər yaradır.Şübhəsiz ki,Fransa prezidenti bu fikirləri deyərkən,ehtimal olunan Çin-Tayvan konfliktində Aİ-ni ABŞ-ın yanında Pekinə qarşı cəbhədə yer almaq istəməməsidir.
Emanuel Makronun “strateji muxtariyyət”teoriyasını belə analiz etməkdə mümkündür ki,Fransanın liderlik etdiyi Avropa İttifaqı Yeni Dünya Nizamında(YDN)özünü üçüncü “qlobal qütb”kimi təqdim etmək istəyir.Göründüyü kimi,Paris ABŞ və Çinin Tayvan üzərindəki hesablaşmasında Avropa İttifaqını kənarda təmərküzləşdirmək istəyir.Belə demək mümkünsə,Vaşinqton və Pekinin Tayvan konfrantasiyasında Avropa İttifaqı nə ABŞ-ın yanında olmaq istəyir,nə də Çinin sərt reaksiyasıyla qarşılaşmaq istəyir.Makronun “Politica”nəşrinə verdiyi müsahibədən onu da anladım ki,Fransa və Avropa İttifaqı Ukrayna böhranında sanki Rusiya ilə danışıqlara meyillidir,lakin Vaşinqton hər vəchlə bunun qarşısını alır.Yəni,ABŞ Rusiyanı Ukraynada yıpratmaq istəyərkən,bunun bədəlini elə ən çox Avropa dövlətləri ödəyir.
İndi Uzaq Şərqdə görünən siyasi tablo bundan ibarətdir ki,Çin Tayvan məsəlısində hər an hərəkətə keçə bilər.Artıq Çin ordusu Tayvanı adasını əhatə edən 3 günlük hərbi təlimlərə start verib.Çin bu addımı ona görə atdı ki,Tayvan prezidenti Tsai-İnq-Ven Mərkəzi Amerika ölkələrinə etdiyi səfərdə ABŞ Nümayəndələr Palatasının spikeri Mk Karti ilə görüşmüşdü.Bundan əvvəl də Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Pekini qəzəbləndirmişdi.
Digər tərəfdən,Fransa prezidenti Makronun 3 günlük Çin səfərində Tayvan mövzusu da ciddi şəkildə müzakirə olunub.Fransalı rəsmilərin dediklərinə görə,Pekinin Tayvan mısələsindəki mövqeyi ABŞ və Avropa İttifaqının daha barışdırıcı təsir bagışlayır.Eyni zamanda,Makronu Çin səfərində ziyarət edən Avropa Komissiyasının rəhbəri Rene Fon der Lyayen də deyib ki,Tayvan bogazindəki sabitlik böyük əhəmiyyət daşıyır və bölgədəki status-kvonu dəyişməkdən ötrü hərbi güc tətbiqi qəbuledilməzdir.Çin lideri Si Tsipin də Lyayenin dediklırinə belə cavab verib ki,kimsə Pekinə Tayvan mövzusunda təsir göstərəcəyinə aldanmasın.Makronun da Tsipinin Lyayenə cavabından razı qaldıgını düşünmək mümkündür.Sanki Avropa Komissiyasının rəhbəri xanım Lyayen Makrona nəzərən daha Vaşinqtonun Tayvan siyasətinə arxa çıxdı.Reallıq isə bundan ibarətdir ki,Avropa İttifaqı Ukrayna böhranını həll edə bilmir,Rusiyanın işgal hərəkatını dayandırmaq gücündə deyil.Görünür,Makron bu həqiqəti dərk edərək,Avropa İttifaqını Tayvan problemindən uzaq tutmaga çalışır.Fransa prezidentinin “Politico”nəşrinə verdiyi müsahibədən o qənatə də gəlmək olar ki,Fransa YDN-də Çinin artıq çoxqütblü dünyada tərəf oldugunu qəbul edir.Hətta belə demək mümkünsə,bəzi avropalı liderləri Yeni Dünya Nizamında Avropa İttifaqının üstünlüklərinin olacagını düşünürlər.
Konkret olaraq,Makron-Tsinpin-Lyayen arasındakı üçtərəfli görüşə gəlincə,Çin lideri Ukrayna müharibəsinə görə məsuliyyət daşımadıgını və əsas mısələsinin də Tayvan oldugunu deyib.Prinsipcə,Tayvan məsələsində Makron və Lyayenin fikirlərinin birbiri ilə bir çox parametrlərdə üst-üstə düşdüyünü demək olar.Lakin Lyayendən fərqli olaraq Fransa prezidenti Çin lideri ilə 4 saatdan artıq təkbətək görüşüb və onun ritorikasının daha yumuşaq oldugunu deyə bilərik.

Nəticə olaraq belə qənaətə gəlmək olar ki,Fransa prezidenti Emanuel Makron Putinin Ukraynada davam etdirdiyi qanlı müharibə kontekstində Avropa İttifaqının ABŞ-dan silah və enerji asılılıgının artmasından narahatdır.Makron əvvəllərdə Avropa Ordusunun yaradılmasının tərəfdarı olub.O,eyni zamanda,təklif etmişdi ki,Avropa İttifaqı ABŞ dollarının ekstrateritoriallıgı üzərindən asılılıgını azaltmalıdır.Emanuel Makrona görə,əgər iki super güc arasında eskalasiya baş verərsə,Avropa İttifaqının öz strateji muxtariyyətini maliyyələşdirmək üçün nə zamanı,nə də resursları var.Və belə olan təqdirdə,Aİ başqalarının vassalına çevrilə bilər.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir