KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Makron və Şolsun Ukrayna həmləsi ugurlu alınarmı?

Kamal Aliyev: Makron və Şolsun Ukrayna həmləsi ugurlu alınarmı?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
294 0

Sualı qəsdən belə qoyuram ki,son vaxtlar Ukrayna ətrafında baş verən proseslərdə daha çox Rusiya,ABŞ və Böyük Britaniyanın adları hallanmaqdadır.
Yəni,Ukrayna ortada,qarşı tərəflərdə isə Vaşinqton,Moskva və London nəzərə çarpır.Və təbii olaraq da təşəbbüskarlıq da məhz bu ölkələrə aiddir.

Halbuki,Ukrayna platosu,bu ölkənin cografi mövqeyi ABŞ və Britaniyadan daha çox Almaniya və Fransaya yaxındır.
Ukrayna bir Şərqi Avropa ölkəsidir,bu ölkədə baş verənlər və ya baş verəcəklərin bədəlini Avropa İttifaqının iki əsas dövləti ödəyəcək.
Həm də nəzərə alsaq ki,İngiltərə Aİ-ni(Brexit) tərk edib.

Görünən budur ki,hal-hazırda ABŞ Britaniya ilə birlikdə Rusiyanın aqressiv siyasətinə qarşı vahid mövqedən çıxış edir və bir az da sərt siyasi kursu mənimsəyib.Lakin Fransa və Almaniya kimi dövlətlər isə daha təmkinli yanaşma sərgiləməkdədirlər.

Şübhəsiz ki,Almaniyanın təmkinli siyasətinin fonunda Rusiya ilə iqtisadi və siyasi münasibətlər(Şimal Axını-2)var.Bu,danılmazdır,ancaq Berlin bir şeyin fərqindədir ki,Ukraynada müharibə ehtimalı onun maraqları ilə örtüşmür.

Üstəlik,almanlar qulaqlarının dibində növbəti Suriya və yaxud Əfqanıstan görmək istəmirlər.
Ukraynada hərbi böhran almanların arzulamadıgı bir hadisədir və bunun siyasi,psixoloji,iqtisadi nəticələrini dərk edirlər.

Belə ki,Almaniyanın federal kansleri Olaf Şols fevralın 14-də Moskvada,15-də isə Kiyevdə səfərdə olacaq.
Digər tərəfdən,Çin də Rusiyanın mövqeyini dəstəkləyir və NATO-nun şərqə dogru genişlənməsinə qarşıdır.
Belə olan halda,Çinlə geniş iqtisadi əlaqələrə sahib olan Almaniya və Fransa Ukrayna mövzusunda daha təmkinli,daha balanslı siyasi kursa üstünlük verirlər.

Keçən dəfə də yazdıgım kimi,fransız və alman siyasətçilər Ukrayna böhranında anqlosaksların cərgəsində yer almaq əvəzinə,Avropa İttifaqı çərçivəsində “müstəqil”yanaşmaya üstünlük verirlər.

Fransaya gəldikdə isə,bu ölkədə aprel ayında növbəti prezident seçkiləri keçiriləcək və hazırkı prezident E.Makronun şansları yüksək qiymətləndirilir.
Dogrudur,Makron hələ namizədliyini rəsmi olaraq irəli sürməyib.
Digər tərəfdən,Fransa Şarl de Qoll zamanından geopolitikada həmişə ABŞ-dan fərqli siyasət yürüdüb.

Hətta Mitteran və Şirakın vaxtında Fransanın NATO-nun xaricində siyasi kurs seçdiyini daha aydın görmək olardı.
E.Makron isə son illərdə həm NATO-nun komada oldugunu,həm də Aİ-nin öz ordusunu yaratmalı oldugunu açıq dilə gətirir.

Əlbəttə,Aİ ordusu mövzusunda Fransa və Almaniya arasında ziddiyətlər var.Ancaq Makrona görə,Aİ ordusu yaradılacagı təqdirdə,bu qüvvə kontinental Avropanın maraqlarına daha çevik cavab verəcək.

E.Makron bazar ertəsi Moskvaya səfər edəcək və rusiyalı həmkarı V.Putin ilə Ukrayna mövzusunu müzakirə edəcək.Bilinən budur ki,Fransa Ukraynanın NATO-ya üzvlüyünə ABŞ və Britaniya kimi “isti”yanaşmır.Yuxarıda da yazdıgım kimi,Fransa NATO-ya həmişə skeptik yanaşır.
Dogrudur,Fransa hərbçiləri Rusiyanın Şərqi Avropa ölkələrinə mümkün müdaxilə ehtimalına qarşı Rumıniyada yerləşdiriləcək,ancaq bu,Parisin Ukrayna mövzusundakı ümumi siyasətinə təsir etməyəcək.

Fransa altı ay müddətində Avropa İttifaqına sədrlik edəcək və Ukrayna mövzusunu Rusiya ilə ittifaqın prinsipləri çərçivəsində müzakirə edəcək.Makron Rusiyadan sonra Ukraynaya da səfər edəcək və güman ki,hər iki ziyarətdə də Avropanın maraqlarının qorunmasına çalışacaq.

Nəticə budur ki,həm Fransa,həm də Almaniya Ukrayna məsələsində eskalasiyadan yana deyil,V.Putin ilə dil tapmaga cəhd edəcək.
Mümkündür ki,Fransa və Almaniyanın Ukrayna məsələsindəki mövqeyi ABŞ-ın xoşuna gəlməyəcək.

Sonda ona da ümid edirəm ki,Azərbaycanın çayxana siyasətçiləri,konspiroloqları Britaniya-Polşa-Türkiyə-Azərbaycandan ibarət yeni bir təşkilatın yaradılacagı nagıllarına da son qoyacaqlar.
Çünki,belə bir iddia kənardan çox gülünc və məntiqsiz görünür.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir