KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Macarıstanda seçkinin qalibi Viktor Orbandır

Kamal Aliyev: Macarıstanda seçkinin qalibi Viktor Orbandır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
317 0

Rusiya prezidenti Vladimir Putinin Avropa İttifaqı daxilində “ən sadiq”dostu Viktor Orban Macarıstanda keçirilən parlament seçkilərində böyük üstünlük qazanaraq qalibi olub.

Belə ki,Fides partiyası səslərin 53%-ni qazanıb.Macarıstan parlamentindəki 199 mandatın 135-ini V.Orbanın partiyası qazanıb.Bu nəticə onu göstərir ki,V.Orban ardıcıl olaraq dördüncü dəfə Macarıstanda hökuməti quracaq.
Altı müxalifət partiyasından ibarət(yaşıllar,liberallar,solçular)olan “Vahid Macarıstan”müxalif hərəkat 33% səs toplayaraq,sadəcə 56 mandatla kifayətləniblər.

Bundan əlavə,”radikal”sagçıların “Bizim Vətənimiz”partiyası da 6% səs toplayaraq 7 mandat qazanıb.
Baş nazir V.Orban ilk açıqlamasında dedi ki,qələbəmiz 1 ay əvvəldən bilinirdi,indi Brüsseldən(Aİ-nin siyasi mərkəzi)də görünür.Yeri gəlmişkən,Ukrayna prezidenti V.Zelenski bir müddət əvvəl V.Orbandan tələb etmişdi ki,Rusiyaya qarşı açıq mövqe nümayiş etdirsin.Macarıstan uzun illərdir Ukraynanın Zakarpatye bölgəsində yaşayan etnik macarlara muxtariyyət istəyir və bu üzdən,rəsmi Kiyev ilə problemlər yaşayır.

Eyni zamanda,Macarıstan ukraynalı qaçqınları qəbul etmir.Orban isə Rusiya ilə münasibətlərə xüsusi önəm verir.Ona görə,V.Orban avropalı siyasətçilər tərəfindən hələ də avtoritar lider kimi tanınır.Rusiya prezidenti V.Putin bəyan edib ki,Aİ ölkələri içində yalnız Macarıstan ölkəsindən idxal etdiyi qazın pulunu dollar və yaxud avro ilə ödəyə bilər.
Macarıstan yeni qurulmuş Türk Dövlətləri Təşkilatında da müşahidəçi statusi ilə təmsil olunur.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir