Bir müddət əvvəl də yazmışdım ki,Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı NATO üzvləri,bütövlükdə Avropa dövlətləri arasında birmənalı mövqe yoxdur.
Hətta belə vurgulamışdım ki,Rusiya prezidenti V.Putinin Ukraynaya ehtimal olunan hərbi intervensiyası fikiri Avropa İttifaqı(Aİ)ölkələri arasında “çat”yaradacaq.
Əfsuslar olsun ki,yazdıqlarım dogru çıxdı,Xorvatiya və Bolqarıstandan sonra Macarıstan da bəyan etdi ki,onlar öz ərazilərində NATO-nun əlavə hərbi kontingent yerləşdirilməsini qəbul etməyəcəklər.
Baxmayaraq ki,Macarıstan NATO üzvüdür,baş nazir Viktor Orban hökuməti deyir ki,ölkəsinin hər hansı eksternal müdaxiləyə cavab verməyə gücü çatır.
Üstəlik,Macarıstan həmişə bəyan edirdi ki,Ukraynanın NATO-ya daxil olmasını blok edəcək.
Belə ki,Macarıstanın müdafiə naziri Tibor Benko deyir ki,Ukrayna NATO üzvü olmaq üçün ümumi tələblərə cavab vermur,aliyansın standartlarına uygun islahatları yerinə yetirmir.
Ancaq məlumdur ki,Macarıstanın Ukraynanın NATO üzvlüyünə qarşı olmasının əsas səbəbi bu ölkənin qərbindəki Zakarpatye regionunda yaşayan etnik macarlarla əlaqəlidir.
Belə ki,Ukraynanın qərbində yerləşən Transkarpatiya ərazisi 20-ci əsrin əvəllərinə qədər Macarıstanın nəzarətində olub.Daha sonra Transkarpatiya ayrı-ayrı vaxtlarda əl dəyişdirib və ikinci dünya müharibəsindən sonra SSRİ-nin nəzarətinə keçib.
Macarıstan və Ukrayna arasındakı münasibətlər Maydan hərəkatından sonra iqtidara gələn Viktor Yuşşenkonun vaxtında da “sərin”idi.
Xüsusilə,Yuşşenko hökumətinin qəbul etdiyi yeni təhsil haqqında qanuna görə,Zakarpatye regionundakı təhsil müəssisələrində tək dili kimi ukrayn dili tədris olunmalı idi.
Məhz V.Yuşşenkonun bu qərarından sonra rəsmi Budapeşt bəyan etdi ki,Zakarpatyedə yaşayan etnik macarların öz ana dilində təhsil almaq,öz milli identifikasiyasını qorumaq,mədəniyyətini yaşatmaq haqqı pozulub.
Daha sonra 2018-ci ildə Macarıstan və Ukrayna arasında başqa bir skandal yaşandı.Belə ki,Ukrayna mediasında yayılan görüntülərdə Macarıstan səfirliyinin bəzi işçilərinin Zakarpatyedəki etnik macarlara Macarıstan pasportlarının payladıgını iddia etdiyi görüntülər yayıldı.Halbuki,Ukrayna qanunvericiliyində ikili vətəndaşlıq yoxdur.
Bu hadisədən sonra Ukrayna hökuməti bir neçə macar diplomatı ölkədən qovdu.
Onu da qeyd edim ki,Rusiyanın Şərqi Avropa ölkələrində nüfuzu heç də aşagı deyil.Hər halda,Şərqi Avropa ölkələri ikinci dünya müharibəsindən ötən əsrin 90-cı illərinə qədər SSRİ-nin qurdugu Varşava Müqaviləsi Təşkilatının üzvləri olublar.
Baxmayaraq ki,Macarıstan həm NATO,həm də Aİ-nin üzvüdür,bu ölkə Rusiya ilə də sıx əlaqələrə malikdir.
Xüləs,NATO və Qərb Putinin aqressiyasına qarşı ugur əldə etmək istəyirsə,öz daxilində maksimum konsolodasiya əldə etməlidir.
Dogrudur,30 üzv dövləti özündə birləşdirən NATO-da 3-4 dövlətin ümumi siyasətə təsiri olmasa da,ümumi qərarlarda “veto”haqqı var.
Yəni,NATO-ya üzv olmaq istəyən dövlət təşkilat daxilində konsensus yolu ilə təsdiqlənməlidir.Üzv dövlətlərdən biri veto edərsə,təşkilata yeni dövlət qəbul olunmur.
Kamal Aliyev Kafkassam