KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: liderlərinin Soçi görüşündə konkret hər hansı razılıq

Kamal Aliyev: liderlərinin Soçi görüşündə konkret hər hansı razılıq

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
75 0

ABŞ-dən olan siyasi ekspert,politoloq Pol Qobl düzgün olaraq deyir ki,Azərbaycan,Rusiya və Ermənistan liderlərinin Soçi görüşündə konkret hər hansı razılıq əldə edilməyib,daha çox fikir mübadiləsi,söhbət aparəlıb. Amerikalı ekspert onu da deyir ki, Rusiya Azərbaycan və Ermənistanla hər hansı sülhə can atmır, kommunikasiya məsələsində də səmimi davranmır və əsas məqsədi də Cənubi Qafqazda həmişəlik qalmaqdır.

Əslində, Pol Qobl yeni heç nə deməyib,daha dogrusu bizim də gəldiyimiz qənaətləri,arqumentləridilə gətirib.
Qeyd edim ki, Qobl 90-cı illərdə ABŞ dövlət katibinin xüsusi müşaviri olub.Bu o dövr idi ki,Ermənistan və Azərbaycan arasında,1999-cu ilin aprelində sülh danışıqlarının yeni mərhələsi başlamışdı. O zaman ABŞ-ın dövlət katibi Madlen Olbraytın(Olbrayt əslən macar yəhudisi idi)təşəbbüsü ilə mərhum Heydər Əliyev ermənistanlı həmkarı Rober Köçəryanla NATO-nun 50 illik zirvə görüşündə biraraya gəlmişdi.
Belə ki,həmin tarixdə qərb mediasında ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Pol Qoblun Daglıq Qarabagla baglı sülh planı ciddi müzakirə olunmaqda idi.

Konkret olaraq,Qobl planının mahiyyəti belə idi ki,Azərbaycan və Ermənistan öz aralarında güzəştə gedirlər,Laçın koridoru ermənilərə verilir,Naxçıvanla quru yolunu təmin edəcək Mehri dəhlizini əldə edəcəkdik.
Fikir verin,Qoblun təklifi Laçın dəhlizi əvəzinə,Mehri dəhlizinin açılması idi.Etiraf edək ki,Qoblun bu planı indiki baş verənlərdən daha məqbul idi.Digər tərəfdən,Qoblun planı Ermənistanda narahatlıq yaratmışdı.Buna qarşı çıxanlar elə o vaxtda Rusiyaya yaxın olanlar idi.

Bundan sonra 1999-cu ilin iyulun 16-da İsveçrənin Cenevrə şəhərindəki Jato qəsrində H.Əliyev və R.Köçəryan arasından görüş keçirilir.Bu görüşlər əgər pozitiv nəticəylə bitsəydi,Daglıq Qarabag problemi Rusiyasız həll olunacaqdı.
Həmin ilin avqustun 22-də Əliyev və Köçəryan növbəti dəfə İsveçrədə görüşürlər.
Məhz bu görüşdən sonra qərb mediası da yazırdı ki,artıq
Daglıq Qarabag problemi həll oluna bilər.

Bu görüşdən sonra ABŞ dövlət katibinin müavini oktyabrın 26-da Azərbaycan və Ermənistana səfər edib,son məsələləri dəqiqləşdirib ölkəsinə geri döndü.Artıq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacagı üçün böyük fürsət yaranmışdı.

Necə deyərlər,sən saydıgını say,gör fələk nə sayır…
Belə ki,oktyabrın 27-i günü arxasında Rusiyanın oldugu şübhə dogurmayan Unanyan soyadlı erməni daşnak Ermənistan parlamentinə daxil olaraq baş nazir Vazgen Sərkisyan,spiker Karen Dəmirçiyan da daxil olmaqla xeyli insanı qətlə yetirir.Hamı bilir ki,bu teraktın sifarişçisi kreml idi.

Təsəvvür edin ki,hadisədən dörd gün sonra Rusiyan o zaman baş naziri olan Vladimir Putin İravana gəlir.Elə bu tarixdən sonra Qarabag klanı bötövlükdə Ermənistanın siyasi eşalonunda hakim mövqe əldə edir və bu ölkə kremlin əbədi vassalına çevrilir.O zaman həm Dəmirçiyan,həm də Sərkisyan prezident Köçəryandan fərqli olaraq Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istəyirdilər.Bu hər iki şəxs Köçəryan və Serj Sərkisyandan fərqli olaraq,Qarabag klanına baglı deyildilər.Azərbaycan və Ermənistan o zaman razılıga gəlmişdi ki,Rusiya olmadan İstanbulda sülh müqaviləsi imzalayacaqlar.

Əgər bu sülh müqaviləsi həyata keçsəydi,Ermənistan Daglıq Qarabagın ətrafındakı 7 rayonu tərk edəcəkdi.Ən vacib olanı isə,Daglıq Qarabagda heç bir ölkənin müşahidəçisi,sülhməramlı kontingenti olmayacaqdı.Bəs biz indi nə görürük?Onu görürük ki,2029-ci il 10 noyabr razılaşmasından sonra rus “sülhməramlılar”əraziyə daxil oldu,Xocalıda öz ədiblərinə büst, “Xilakar Əsgər”heykəli qoydu.İndi həyata həmişə nikbin yanaşan azərbaycanlı belə düşünür ki,Putin rus “sülhməramlılarını”heç vaxt Yuxarı Qarabagdan çıxarmayacaq.Bax budur Rusiyanın bizim başımıza açdıgı bəla.

1999-cu ildə Ermənistan parlamentində terak baş tutmadaydı,problem çoxdan həll olunacaqdı.
Hətta bunu o vaxt K.Dəmirçiyan da dilə gətirmişdi.Azərbaycan isə öz növbəsində Daglıq Qarabaga öz tərkibində yüksək status verəcəkdi.
Daha sonrakı illərdə Floridada 4 gün davam edən “Ki-Uest danışıqlar” və nəticəsizlik.ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauel H.Əliyev və R.Köçəryanla görüşdü,ancaq nəticə olmadı.Əgər nəticə hasil olsaydı,Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda,”Ag Ev”-də ABŞ prezidenti Corc Buş tərəfindən qəbul olunacagdı.Yeri gəlmişkən,Ki-Uestdəki görüşdə də dəhliz məsələsigündəmə gəlmişdi.

Gəldiyimiz nəticə:Rusiya məramı sülh olmayan hərbçilərini Qarabagda yerləşdirərək,Cənubi Qavqazda möhkəmləndi.Rusiyanın 1995-ci ildən Ermənistanda(Gümrü) olan 105 saylı hərbi bazası hələ 2041-cü ilə qədər bu ölkədə qalacaq.
Görəsən,”sülhməramlı”ruslar Yuxarı Qarabagda nə qədər qalacaqlar?

Kamal Aliyev
Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.