KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Lavrovun Minsk Qrupu ilə baglı dedikləri xeyrimizə deyil

Kamal Aliyev: Lavrovun Minsk Qrupu ilə baglı dedikləri xeyrimizə deyil

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
410 0

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında deyib ki,ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri Rusiya ilə təmasları ləgv etməyə can atır,bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina edirlər.

Əlbəttə,S.Lavrovun dedikləri başadüşüləndir.Hazırda Ukrayna böhranı kontekstində ABŞ və Avropa İttifaqının üzvü Fransanın Rusiya ilə münasibətləri gərgindir.Və bu,Minsk Qurupu həmsədrlərinin bir masa ətrafında yıgışmasını mümkünsüz edir.

Digər tərəfdən,Azərbaycan hökuməti də 44 günlük Vətən müharibəsindən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ehtiyac olmadıgına qənaət gətirib və bunu dəfələrlə bəyan edib.

Əliyev bəyan edib ki,status gorbagor olub.Status gorbagor olubsa,məntiqlə Minsk Qrupuna da ehtiyac qalmayıb.

Ermənistan iqtidarı və Daglıq Qarabagdakı separatçı rejim isə hər vəchlə ATƏT-in Minsk Qrupunu münaqişənin yekun həllinə cəlb etmək istəyir.Əslində,Minsk Qurupunun indiki formatı ermənilərin maraqları ilə üst-üstə düşür.Ən azından,Fransa kimi bir ölkə birmənalı olaraq Ermənistanın tezislərini dəstəkləyir.

Rusiyaya gəldikdə isə,indiyəcən rəsmi Moskva ATƏT-in Minsk Qrupunu fəaliyyətini sadəcə humanitar məsələlərin həlli üçün optimal variant olaraq qəbul edirdi.
Zənnimcə,Rusiya öz hərbi kontingentini Daglıq Qarabagda yerləşdirdikdən sonra Minsk Qrupunun mövcudlugu ruslar üçün də maraqlı deyildi.Rusiya üçün Minsk Qrupu o zaman maraqlı olardı ki,Daglıq Qarabagdakı sülhməramlıların tərkibində amerikalı və fransız əskərlər də olaydı.Dünyada buna bənzər bir sıra nümunələr var:Kipr və Bosniya problemi.

Eyni zamanda,Rusiya hökuməti Daglıq Qarabagda Azərbaycan və Ermənistan arasında yekun həll variantını,sülh sazişinin imzalanmasını öz monopoliyasının xaricində təsəvvür etmir.

Konkret olaraq,Rusiya prezidenti V.Putin 2020-ci ilin 10 noyabrından Daglıq Qarabagı öz daxili problemi kimi görür.

Dogrudur,ruslar Cənubi Qafqazı həmişə öz bəkyardı kimi görüb,lakin son iki ildə problemi öz kurasiyasına alıb.
Təbii ki,Avropa İttifaqının Brüsseldə iki dəfə gerçəkləşdiyi Əliyev-Paşinyan görüşü müsbət addımdır,ancaq Rusiyanın təsir mexanizmləri daha qüvvətli görünür.Məsələn,Brüsseldə keçirilən görüşdə razılaşdırıldı ki,Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası istiqamətində aprelin sonuna qədər tərəflər arasında komissiya yaradılacaq.
Bu gün S.Lavrov da belə bir komissiyanın yaxın tarixdə yaradılacagını dedi.Aİ-in ən mühüm təklifi budur ki,Azərbaycan və Ermənistan rəhbərləri birbaşa təmaslara başlasınlar.Bu,olduqca vacib təşəbbüsdür.
Cünki,Rusiya hər vəchlə çalışır ki,onun iştirakı olmadan Əliyev-Paşinyan görüşü baş tutmasın.Kreml onun fərqindədir ki,Əliyev və Paşinyan arasında ardıcıl təmaslar onun təsir rıçaqlarını əlindən alacaq və Cənubi Qafqazda sülhə gətirib çıxaracaq.

Bu baxımdan,Rusiya N.Paşinyan istəsə belə,onun Əliyevlə təkbətək görüşünün qabagını almaga cəhd göstərəcək.Deyə bilərsiniz ki,N.Paşinyan V.Putinin bu təzyiqinə mahal verməyib İ.Əliyevlə görüşərmi?
Mən Paşinyanın Rusiyanın təzyiqlərinə tab gətirməyəcəyini düşünürəm və onun hər vəchlə Əliyevlə təkbətək təmasdan yayınacagını proqnoz edirəm.

Daglıq Qarabagda yekun sülh sazişinin imzalanmamasının yeganə səbəbi rus hərbçilərinin regionda mövcudlugudur.Nə qədər ki,ərazimizdə “sülhməramlı”ruslar var,Qarabag konfliktinin birdəfəlik həllindən danışmaq tezdir.Yeganə yol budur ki,azərbaycanlılar və ermənilər rus hərbçilərinin Azərbaycan ərazisindən çıxarılmasını birlikdə tələb etsinlər.Bu,isə…yaxın gələcəkdə inandırıcı görünmür.

Son olaraq,S.Lavrovun ATƏT-in Minsk Qrupu ilə baglı bu gün söylədiklərində müsbət çalar axtarmamalıyıq.Xüsusilə,ruslara qətiyyən inanmamalıyıq.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir