KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Lavrov,Bayramov və Mirzoyan görüşünü ugursuz saymaq olar

Kamal Aliyev: Lavrov,Bayramov və Mirzoyan görüşünü ugursuz saymaq olar

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
194 0

Moskvada Rusiya,Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında keçirilən görüş,müzakirə başlıqları və nəticə haqqında müəyyən təhlilləri təqdim etmək olar.Əvvəlcə ondan başlayaq ki,Vaşinqtondakı Bayramov-Mirzoyan,Brüsseldə keçirilən Şarl Mişel-Əliyev-Paşinyan zirvəsindən sonra Moskvanın tələsməsi müşahidə olunur.Və Rusiya Vaşinqtonda və Brüsseldə əldə olunmuş müəyyən razılıqları qəbul etməkdə çətinlik çəkir.Bu nöqteyi-nəzərdən,Kreml israrla 2020-ci il 10 noyabr üçtərəfli razılaşmanı qabartmaqla,demək istəyir ki,Qarabag probleminin yeganə həlli həmin sən əıddir və Rusiyasız bu iş mümkün deyil.

 

 

Məsələ bundan ibarətdir ki,2020-ci il noyabrın 10-da Rusiya,Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış və 10 maddədən ibarət olan sənədi Paşinyan hökuməti icra etmir.Hələ də Qarabagda erməni hərbi birləşmələri var,Rusiya həmin hərbçilərin tərksilah edilməsi üçün heç bir addım atmır.Üstəlik,Zəngəzur dəhlizi məsələsində də irəliləyiş yoxdur.
Onu da vurgulamaq yerinə düşər ki,2020-ci il 10 noyabr razılaşmasının icra edilməsindı təkcə Rusiya deyil,Ermənistanda məsuliyyət daşıyır.Paşinyan hökuməti hələ də Qarabagdakı separatçı adminstrasiyanı maliyyələşdirir.Halbuki,bu,Azərbaycan tərəfinin reinteqrasiya siyasətinə qarşı çıxmaqdır.Dogrudur,Nikol Paşinyan sonuncu dəfə Reykyavikdə Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinin tanıdıgını bəyan etdi,lakin Qarabagda hələ də erməni hərbçiləri qalır və onlar bölgədəki rus sülhməramlılarının kömıyi ilə hərbi səngərl əır,istehkamlar qururlar.

 

Yeri gəlmişkən,gələn həftə Moskvada Rusiya,Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri arasında da üçtərəfli görüş keçiriləcək.Bu görüşün də əsas mövzusu sərhədlərin delimitasiyası və Zəngəzur koridoru olacaq.Yuxarıda da vurguladıgım kimi,Moskva ABŞ və Avropa İttifaqının aktivliyini kölgələmək üçün əlindən gələni edir.Bilinir ki,həm Vaşinqton,həm də Brüssel Zəngəzur koridoru məsələsində Rusiyanın nəzarət imkanlarının məhdudlaşdırılmasında maraqlıdır.Rusiya isə 2020-ci il 10 noyabr razılaşmasını əsas gətirərək,Zəngəzur dəhlizi üzərində nəzarət “haqqından”geri çəkilmək istəmir.Prinsipcə,İranın mövqeyi də bu məsələdə Rusiya ilə üst-üstə düşür.Dogrudur,Tehran Zəngəzur dəhlizini özünün “qırmızı xətti”kimi bəyan edir,ancaq İran üçün ən optimal variant dəhlizin üzərində hər hansı beynəlxalq qrumun deyil,məhz Rusiyanın nəzarət inin olmasıdır.

 

Rusiyanın indi əsas hədəfi İlham Əliyev və Nikol Paşinyanı Moskvaya dəvət edib onlarla yeni”yol xəritəsi”ni təqdim etməkdir.Bu ayın sonunda Moskvada Putin,Əliyev və Paşinyan arasında üçtərəfli görüşün keçiriləcəyi gözlənilir.Mümkündür ki,Rusiya 2020-ci il 10 noyabr üçtərəfli razılaşma mətninə korrektelər etsin.Bu gün faktiki olaraq,10 noyabr razılaşması qeyri-effektif mahiyyət daşıyır.Üstəlik,Rusiyanın Qarabagdakı emissarı Ruben Vardanyan və Samvel Babayan son günlər daha da aktivləşiblər və Azərbaycana mübarizədən danışırlar.Görünür,Kreml bir tərəfdən sülhdən,diplomatiyadan danışır,digər tərəfdən də,Vardanyanla Azərbaycanı təhdid edir.Mümkündür ki,Rusiya Vardanyanın əliylə Azərbaycana qarşı müəyyən təxribatlara əl atsın.Rusiya hazırda ona görə aktivləşib ki,onun əsl niyyəti sülh yox,Qərbin fəallıgına kölgə salmaqdır.Moskva prosesi yubatmaq,daha dogrusu,dondurmaq istəyir.Bu baxımdan,bu il ərzində Bakı və Yerevan arasında konkret sülh müqaviləsinin imzalanma ehtimalı gözlənilmir.Səbəb çox sadədir:Rusiyanın Cənubi Qafqazdakı mövcudlugu azərbaycanlılarla ermənilərin əbədi olaraq bir-birinə düşmən münasibət bəsləməsidir.
Sizcə,Rusiya Cənubi Qafqazda öz geopolitik maraqları üçün Qarabag probleminin siyasi həllində istəkli və yaxud səmimi ola bilərmi?!

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir