KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Laçındakı təxribatla Rusiya nə demək istəyir?

Kamal Aliyev: Laçındakı təxribatla Rusiya nə demək istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
332 0

Laçın rayonu ərazisində yerləşən qeyri-qanunu erməni hərbçilərinin atəşi nəticəsində şəhid olan azərbaycanlı əsgərə görə əsas məsuliyyəti Rusiya daşıyır.Məlum provokasiya Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışıgından sonraya təsadüf edir.Mən bunu heç təsadüf adlandırmazdım.Bu gün Qarabag ərazisində baş verən bütün təxribatların əsas məsuliyyəti ərazidə müvəqqəti yerləşən rus hərbi kontingentinin üzərinə düşür.
Qarabag ərazisində müvəqqəti yerləşən Rusiya hərbi kontingenti Azərbaycan ordusunun hərəkət trayektoriyasını,koordinatlarını ermənilərə verir və bu,yeni deyil.Həmişə vurguladıgım kimi,Qarabag ərazisində artıq rutin halını almış terror hücumlarının əsas müəllifi ruslar,tətikçiləri isə ermənilərdir.
Beləliklə,2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli razılaşmanın nə qədər yalnış oldugu,xüsusilə,dördüncü maddənin yerinə yetirilmədiyi,faktiki olaraq heç bir effektinin olmadıgı məlumdur.
Əfsuslar olsun ki,Kreml ən azı 2025-ci ilə qədər Qarabag ərzisində ermənilərin əliylə terror aksiyalarını davam etdirəcək.Birdaha təkrar edirəm ki,Qarabag ərazisində baş vermiş və baş verəcək terror aksiyalarının müəllifi ruslar,tətikçisi(icra edən)ermənilərdir.
Rusiya Azərbaycandan nə istəyir?
Rusiyanın Uraynadakı qanlı müharibəsi davam etdikcə,Kreml Qərbə qarşı yeni cəbhə(lər)açmaga cəhd edəcək.Son olaraq,Serbiya və Kosova arasında müharibə təhlükəsi,Moldoviyanın Dnestiryani bölgəsində rusyönümlü separatçıların aktivləşməsi,bu ölkənin lideri Maya Sandunun “Rusiyaya yaxın qüvvələr dövlət çevrilişi etmək istəyir)sözü onu göstərir ki,V.Putinin Rusiyası müxtəlif regionlarda “yatmış hüceyrələri”oyada,aktivləşdirə bilər.
Xüsusilə,Serbiya və Kosova arasındakı son hadisə sentyabr ayında yenidən aktivləşə bilər.Hələ ki,Kosova lideri Albin Kurtu ölkə ərazisindəki Serbiya kimlik və avtomobil nömrə nişanlarıyla baglı məsələnin sentyabr ayına qədər təxirə salındıgını deyib.
Məncə,hazırda ən kritik olan Qarabag ərazisində hərbi qarşıdurma və Moldoviyada Rusiyanın dövlət çevrilişinə baş vurma ehtimalıdır.
Görünür,Rusiya hələ tam olaraq Əliyevdən istədiyini ala bilmir.Kreml Qarabagdakı rus hərbçilərinə beynəlxalq mandatın verilməsi üçün hələ başqa provokasiyalara da əl ata bilər.
Azərbaycan hökuməti hələ ki, sülh məramlıların mandatı məsələsində dirənir.Kreml düşünür ki,2025-ci ilə qədər Azərbaycanı Avrasiya İqtisadi İttifaqına,ya da KTMT-yə üzvlüyə razı sala biləcək.Rusiya hər vəchlə çalışır ki, Qərbin Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından uzaq tutsun.
Bir ehtimal da budur ki,Azərbaycan və Ermənistan Avropa İttifaqının təşəbbüsü,moderatorlugu ilə yekun sülh müqaviləsi imzalamaq həddinə yaxınlaşsalar,Rusiya bu iki ölkədən birində,ya da hər ikisində dövlət çevrilişi həyata keçirə bilər.
Reallıq budur ki,Rusiya Azərbaycanla 2022-ci il 22 fevralda imzaladıgı “Dostluq və Müttəfiqlik”sazişindən məmnun deyil.
Kamal Aliyev kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir