KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Laçın dəhlizi yoxdur.Bakının növbəti addımları nə olacaq?

Kamal Aliyev: Laçın dəhlizi yoxdur.Bakının növbəti addımları nə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
291 0

 

Nəhayət,Azərbaycan Laçın dəhlizi üzərində sərhəd-buraxılış məntəqəsi quraraq,faktiki olaraq bu koridoru sıradan çıxardı.Təbii ki,Dövlət Sərhəd Xidmətinin(DSX)bu addımı beynəlxalq hüquqa əsaslanır.
Üstəlik,Laçın dəhlizinin qarşı tərəfində ermənilər bir gün öncədən post qurmuşdular.Azərbaycan tərəfinin Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurması hər nə qədər gecikmiş addım olsa da,bütövlükdə təqdirəlayiq qərardır.Artıq Ermənistan tərəfi Laçın dəhlizindəki son hadisələrə qəzəbləndiyini də gizlətmir,hətta vəziyyət o həddə çatıb ki,Ermənistan parlamentinin spikeri Alen Simonyan bu işdə Rusiyanı mısuliyyətsizlikdə günahlandırır,BMT üzvlərini Yerevana kömək etməyə çagırır.Buna rəgmən,A.Simonyan lideri,baş nazir Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdıgını bəyan edir və Bakıdan da onu tələb edir ki,ölkəsinin 29,8 min kv kilometr ərazisini tanısın.Bu,o demək olur ki,Paşinyan əvvəlcə ç əırçivə sülh müqaviləsinin implemintasiyasında(delimitasiya,demarkasiya daxil)maraqlıdır.

 

 

Konkret bundan sonra atılması addımlara gəlincə,güman etmək olar ki,Xankəndi yolundakı 134 gündən artıqdır azərbaycanlı ekofəalların aksiyası dayandırılacaq.Əgər Azərbaycan Laçın yolunda post quraraq Ermənistandan daşınan yükləri yoxlaya biləcəksə,o zaman ekofəalların protestinə ehtiyac qalmır.
Bundan əlavə,Azərbaycan Qarabag erməniləri ilə reinteqrasiya prosesini başlatmaq istəyir.Və belə oldugu təqdirdə,Qarabag erməniləri sərhəd-keçid məntəqəsində yoxnslıldıqdan sonra Ermənistana səyahət edə biləcəklər.Lakin bunlar Ermənistan əhalisinə şamil olunmayacaq.Ermənistan vətəndaşları beynəlxalq hüquqa əsasən,sərhəddə viza alaraq Azərbaycan ərazisinə daxil ola biləcəklər.Digər ölkə vətəndaşları da Qarabaga səyahət etməkdə maraqlı olarlarsa,onlara da ən yaxşı halda elektron viza təklif edilə bilər.

 

Bakın növbəti addımı isə 2025-ci ilə qədər Qarabag ermənilərinə şəxsiyyət vəsiqələri və ümumvətəndaşlıq pasportlarının verilməsi olacaq.O zaman Ermənistan ərazisindəki Azərbaycan vətəndaşı olan etnik ermənilər Qarabaga qayıda bilməyəcək.Bununla yanaşı,Qarabag ermənilərindən kim arzulayarsa,sakitcə Azərbaycan vətəndaşlıgından imtina edərək Ermənistana köçə bilər.Belə olan təqdirdə,onların Qarabagdakı əmlaklarının qiyməti dəyərləndirilərək,ermənilərə vəsaitlər ödənilə bilər.

Görünən odur ki,Azərbaycan hakimiyyəti bu addımları Rusia ilə məsləhətləşərək atacaq.Əgər ilk mərhələdə çərçivə sazişinin implementasiyası 2025-ci ilə qədər yekunlaşarsa,Azərbaycan rus qoşunlarının çıxarılmasını tələb edəcək.Lakin bu,o demək deyil ki,Rusiya öz sülhməramlı kontingentini(RMK)Qarabagdan rahat çıxaracaq.Bu,həm də Rusiya-Ukrayna müharibəsinin taleyindən də asılı olacaq…

Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir