Şimdi yükleniyor

Kamal Aliyev: Kreml Paşinyanın qələmini qırdımı?

Ermənistan sürətlə silahlanır.Azərbaycan bunu təhlükəli hesab edir və düşünür ki,düşmən revanşa hazırlaşır.Erməni tərəfi isə müharibəyə hazırlaşmadığını,əksinə,Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir.Ən azından,Paşinyanın komandasının üzvləri belə deyir.Deyək ki,Yerevan revanşa hazırlaşmır.Bu halda,ortaya sual çıxır:Ermənistan niyə sürətlə silahlanır?(Fransa və Hindistanın hesabına)

Ola bilsin ki,Yerevanın müəyyən mərhələdə Rusiyanın bu ölkənin daxilində dövlət çevrilişinə cəhd edəcəyini,hətta bu ölkəyə hərbi təcavüz edəcəyini proqnozlaşdırır.Hərçənd,rus prezident Vladimir Putinin “sağ əli”Dimitri Peskov ötən gün belə demişdi ki,ümid edirik,Ermənistan hökuməti “Kiyev rejimi” nin yolunu getməz.Peskov elə-belə adam deyil və Putinin təhdidini Paşinyana bu dəfə qeyri-diplomatik yolla,şantajvari şəkildə səsləndirdi.Kreml hesab edir ki,noyabrda ABŞ-də keçiriləcək seçkilərdə Donal Tramp qalib gələcək(bu,o qədər də asan proqnoz olmamalıdır)və belə olan təqdirdə,Rusiya öz cənub hinterlandına-Cənubi Qafqaza geri qayıtmaq şansı qazanacaq.Hal-hazırda Rusiya bütün potensialını,resurslarını Ukraynada xərcləyir.
Digər bir ortaya çıxır:erməni baş nazır Nikol Paşinyan Trampın yenidən Ag Evə qayıdaa biləcəyini və bunun Rusiyaya yarayacagını bilmirmi?
Hər halda,Paşinyan da agılsız deyil və bir siyasətçi kimi b,c variantlarına da hazırlıqlıdır.Paşinyan ona da əmin ola bilər ki,artıq ox yaydan çıxıb,Putin onu əsla bagışlamayacaq və o zaman siyasi risqə getməkdən başqa çarə qalmır.Yəni,Paşinyan bu saatdan sonra Qərbdən üz döndərib əvvəlki kimi Ermənistanın geopolitik istiqamətini Kremlin saatına uygunlaşdırsa da,artıq qələminin qırıldıgının fərqindədir.Belə olan halda,Paşinyan böyük risq və üzərinə agır məsuliyyət alaraq,Moskvaya qarşı tarana da getməyi gözə ala bilər.Yuxarıda da vurguladıgım kimi,erməni hökumətinin alternativləri bitmək üzrədir.

Share this content:

Yorum gönder