KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Kreml Paşinyanı Zəngəzur dəhlizini açmaga məcbur edir?

Kamal Aliyev: Kreml Paşinyanı Zəngəzur dəhlizini açmaga məcbur edir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
37 0

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki,Yerevanın strateji müttəfiqi Rusiya Zəngəzur dəhlizinin açılması üçün Paşinyan hökumətinə təzyiq edir.Digər yandan,A.Qriqoryan onu da iddia edib ki,Rusiya Ermənistanı Belarusla birlikdə yaratmaq istədiyi ittifaqda görmək istəyir.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Qriqoriyanın məlum fikirlərini təxribat oldugunu deyib.Putinin “sag əli”Peskov deyib ki,heç bir rusiualı rəsmi Ermənistanı hər hansı addım atmaga məcbur etmir.
Əslində,A.Qriqoryanın anti-Rusiya fikirləri yeni deyil və o,vaxtaşırı Kremlin bostanına daş atır.Ancaq Qriqoryan Rusiyaya etiraz edərkən,hər şeyi dilə getirmir,maksimum ehtiyatlı cümlələrdən istifadə edir.Fakt budur ki,Rusiya gələcəkdə Ermənistanı da Belorusla yaradacagı ittifaqda görmək istəyir.Bu,yeni deyil və hətta 44 günlük ikinci Qarabag müharibəsindən əvvəl də siyasi kuluarlarda Rusiya-Belorus-Ermənistan ittifaqı yönündə mülahizələr mövcud idi.Lakin bilinən budur ki,erməni baş nazir Nikol Paşinyan özünü demokrat,qərbpərəst siyasi lider hesab edir və düşünür ki,Ermənistanın yeri qətiyyən Rusiya,Belorus kimi avtoritar rejimlərlə yanaşı ola bilməz.Eyni zamanda,N.Paşinyan onun da fərqindədir ki,Moskva və Minsk ilə vahid ittifaq dövləti və yaxud konfederasiya formatında birləşdirmək onun Qərbdəki “demokrat”imicini zədələyəcək.Təbii ki,Paşinyan nə qədər qərbpərəst lider kimi özünü göstərsə də,o,Rusiya ilə maksimum diqqətli davranmagın zəruru oldugunu bilir.Bu nöqteyi-nəzərdən,Paşinyan addım-addım,mərhələli şəkildə Ermənistanı Rusiyanın təsir obyektindən uzaqlaşdırmaq yolunu seçib.
Belorus prezidenti Aleksandr Lukaşenko birdəfə hətta “Ermənistan kimə lazımdır”demişdir.Şübhə yoxdur ki,Paşinyan hökumətini Lukaşenko tərəfindən aşagılanmasının müəllifi kremldir.Yəni,Kreml bəzən Paşinyana açıq deyə bilmədiyini Lukaşenkonun vasitəsilə deyir.
Bir məqamı da vurgulayaq ki,Paşinyan da agılsız siyasətçi deyil və özünün qurdugu oyun qaydalarını realizə etməkdə səbrlidir.Məsələn,Paşinyan bu gün MDB-nin Sankt-Peterburqda keçirildiyi qeyri-formal sammitdə Rusiya prezidenti Putinlə görüşdü və Laçın dəhlizi ilə baglı birbaşa rus sülhməramlılarını günahlandırdı,2020-ci il 10 noyabr üçtərəfli razılaşmanı xatırlatdı.Dogrudur,Paşinyan öz dövlətinin,iqtidarının potensialını bilir,amma bacardıqca Rusiyanın qarşısına şərtlər qoymaqdan geri çəkilmir.

Bir reallıq da bundan ibarətdir ki,Paşinyan Ruben Vardaniyandan narazıdır,onun Qaragda Rusiyanın adamı oldugunu bilir.Hətta Nikol Paşinyan ondan da xəbərdardır ki,Kremlin gələcəkdə Ruben Vardanyanı Ermənistanda hakimiyyətə gətirmək planı var.Təbii ki,Kreml əvvəl ülə düşünürdü ki,Paşinyan 44 günlük müharibədə uduzub və erməni xalqı kapituliyant baş naziri 2021-ci ilin mart ayında keçirilmiş parlament seçkilərində cəzalandıracaqdı.Amma Rusiyanın bu planı reallaşmadı və o,Gürcüstanda Saakaşviliyə qarşı istifadə etdiyi İvanişvili kimi Paşinyanın da qarşısına ilkin etapda Vardanyanı çıxardı.Əvvala,Vardanyan Qarabag ermənisi deyil və milyarderdir.Üstəlik,Vardanyana diaspora daxilində münasibət normaldır.Kreml anlayır ki,gələcəkdə “rusyönümlü”Vardanyanı diaspora qəbul etməyə bilərdi.Bu üzdən,Rusiya Vardanyanı seçərkən “nə şiş yansın,nə kabab”məntiqindən istifadə edib.Əlbəttə,Paşinyan da Rusiyanın ona qurdugu siyasi tələdən,siyasi mühəndislikdən xəbərdardır.Igər belə olmasaydı,Paşinyanın həyat yoldaşı Anna Hakobyan Vardanyanın Xankəndidə keçirdiyi son mitinq haqqında yazmazdı ki,orada uşaqların əlinə emosional sözlər yazılmış plakatları verməklə onlardan öz siyasi məqsədləri üçün istifadə ediblər.Hakobyanın statusu onu göstərir ki,Ermənistan hökuməti Vardanyandan da,onun sahibi Rusiyadan da narazıdır.Və bu narazılıgı ardıcıllıqla Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Paşunyanın partiyasının deputatları da dilə gətirir.
Nəticə olaraq,Putinin Qarabagdakı “canişini”Vardanyan təkcə Azərbaycan üçün deyil,eyni zamanda,Ermınistan iqtidarına da təzyiq elementidir.Rusiya Vardanyanla Cənubi Qafqazda öz geosiyasi maraqlarını təmin etmək üçün həm Əliyevə,həm də Paşinyana təzyiq göstərir.Bununla da Kreml hər iki tərəfə demək istəyir ki,Qarabag defakto mənlikdir.Bu baxımdan,bəlkə də Qarabag münaqişəsi tarixində ən təhlükəli mərhələyə qədəm qoyuruq.Bu dəfə Azərbaycanın qarşıslnda təkcə diaspora,Yerevandakı revanşistlər yox,həm də rus “ayı”sı var.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir