KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Kamala Harris ermənipərəstdirmi?

Kamal Aliyev: Kamala Harris ermənipərəstdirmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
33 0

ABŞ prezidentliyinə namizəd Kamala Harrisin(bəzi azərbaycanlılar onu türk qızı Kəmalə xanım adlandırır)ölkəsindəki erməni icmasına müraciət etməsi və “Daglıq Qarabag”ermənilərinin təhlükəsiz geriqayıdışını vurgulamasında qeyri-adı heç nə yoxdur.ABŞ imperialist dövlətdir və Cənubi Qafqazdakı maraqlarını indiki məqamda Ermənistan üzərindən dizayn edir.Nəzərə alsaq ki,ABŞ və Gürcüstan arasındakı münasibətlərdə də soyuqluq var və qonşu ölkədə oktyabrda keçiriləcək parlament seçkilərinin nəticəsi çox mətləblərə aydınlıq gətirəcək.

Vaşinqton-Bakı münasibətlərinə gəlincə,hər iki tərəf bir-birini idarə edir.Üstəlik,Azərbaycan ABŞ-nin müttəfiqi İsraili indiki kritik məqamda dəstəkləyir,onu yanacaqla təmin edir.Bakı-Təl-Əviv münasibətlərindəki pozitivlik Vaşinqtonu Azərbaycana qarşı olan mövqeyinə də təsirsiz ötüşmür.Açıgı deyim ki,Azərbaycan iqtidarı da həm İsrail,həm də ABŞ-dəki yəhudi lobbisi ilə sıx əməkdaşlıq edərək Vaşinqtonun təzyiqlərini xeyli dərəcədə neytrallaşdırır.

Digər yandan,noyabr ayında ABŞ-də keçiriləcək prezident seçkilərində demokratların namizədi Kamala Harrisin ölkəsindəki erməni icmasının da dəstəyinə ehtiyacı var.Hər halda,ABŞ-dəki yəhudi diasporu və lobbi qrupları sanki daha çox respublikaçı amerikalıların namizədi Donald Trampa meyillidirlər.Belə oldugu təqdirdə,Harris istər-istəməz erməni lobbisinə şirin görünmək və onların növbəti seçkilərdə etimadını qazanmaq üçün “gəlişigözəl”açıqlamalar verəcək.O ki qadı Harrisin “Daglıq Qarabag”ifadəsini işlətməsinə,zənn edirəm ki,bu qadının problemdən kifayət qədər məlumatı yoxdur.Yəni hazır mətni Harrisin qarşına qoyublar,o da bunu oxuyub.İkincisi,44 günlük ikinci Qarabag müharibəsində ABŞ prezidenti Donald Tramp idi və o,həmin dövrdə demişdi ki,azərbaycanlılarla ermənilər həmişə birbiriylə müharibə aparırlar.Şübhəsiz ki,Trampın 2020-ci ildə Qarabagdakı müharibə haqqında dedikləri erməniləri pəjmürdə etmişdi ki,onlar hazırda Harrisə daha çox bel baglayırlar.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir