KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: İyunun 1-də Azərbaycan və Ermınistan arasında sülh müqaviləsinin imzalanacagı nə qədər realdır?

Kamal Aliyev: İyunun 1-də Azərbaycan və Ermınistan arasında sülh müqaviləsinin imzalanacagı nə qədər realdır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
227 0

 

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində müxalif deputatların birinin sualına cavab verərkən bəyan edib ki,iyunun 1-də Bakı və Yerevan arasında sülh müqaviləsi imzalanarsa,o,buna şad olar.Görünən budur və yaxud bizə təqdim olunanlar bundan ibarətdir ki,Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla artıq bir neçə gündür davam edən Qarabag danışıqlarında müəyyən “ugurlar”var.Hər halda,Azərbaycan və Ermənistanın baş diplomatlarının davam edən müzakirələrinin və Vaşinqtonun prosesdə təşəbbüskarlıgı müsbət nəticələrin olacagına ümidləri artırır.Lakin bu,o demək deyil ki,biz yaxın tarixdə Qarabag probleminin yekun siyasi həllini görə bilərik.
Əhəmiyyətli olan bundan ibarətdir ki,çərçivə sazişinin imzalanması və növbəti mərhələdə razılaşmanın implementasiyası mümkündür.Əvvəlcə tərəfl əır öz mövqelərini deklarasiya edəcəklər,daha sonra razılaşmanın bəndlərinin realizə edilməsi prosesinı başlanacaq.Şübhəsiz ki,çərçivə sülh sazişinin bəndlərinin həyata keçirilməsi bir müddət zaman alacaq.
Hal-hazırda ən kritik nöqtə iyunun 1-də Kişinyovda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri arasında keçiriləcəyi gözlənilən görüşdə çərçivə sülh müqaviləsinin imzalanması ehtimalıdır.Nikol Paşinyan parlamentə bəyan edib ki,əgər iyunun 1-də Kişinyovda müqavilə imzalanarsa,bu,yaxşı xəbər olardı.
Buna rəgmən,bir məqamı da vurgulamaq yerinə düşərdi ki,Nikol Paşinyanın hər hansı müqaviləyə imza atması o qədər də asan deyil.
Nəzərə alaq ki,ortadakı müqavilə mətninin müəllifi Vaşinqtondur və Moskva bu prosesə olan qısqanclıgını gizlətmir.Yəqin Bayramov və Mirzoyanın ABŞ-dan sonra bu dəfə Rusiyada danışıqları davam etdirəcəklər.Kremlin israrı bundan ibarətdir ki,2020-ci il 10 noyabr atəşkəs razılaşmasının tərəflərindən biri olan Rusiya kənarda qalmamalıdır.
Digər tərəfdən,Ermənistandakı hakim “Mülki Müqavilə”nin üzvü Arman Yeqoyan deyir ki,Vaşinqonda və Moskvada aparılan danışıqların məzmunu eynidir.Arman Yeqoyan bunu deməklə,daxildəki auditoriyaya müraciət edir.Yəni Paşinyanın adamı demək istəyir ki,bizi satqın olmaqda,xəyanətdə günahlandırmayın.Bu,eyni zamanda o deməkdir ki,sülh müqaviləsi Azərbaycanın maraqlarına uygun olacaq və məsuliyyət təktərəfli olaraq Paşinyan iqtidarının üzərində deyil.Maraqlı olan bir məqam da budur ki,sülh müqaviləsi imzalanarsa,Ermənistanın bundan faydası nə olacaq…
Bilinən budur ki,Azərbaycan tərəfi Zəngəzur mövzusundan imtina edəcək.Üstəlik,Bakı Ermənistanın regiondakı enerji,nəqliyyat və logistika xəttlərindən istifadəsinə imkan yaradacaq.
Digər bir müsbət məqam da budur ki,Ermənistanın xarici işlər naziri ABŞ-dakı danışıqların ilk günündə “Artsax”ı(Qarabagı)Azərbaycanın tərkib hissəsi kimi tanıdıgını bəyan edib.

Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir