Bu gün İstanbulda Ukrayna və Rusiyanı təmsil edən heyətlərarası danışıqlar baş tutdu.
Əlbəttə,mən danışıqlardakı mövzuları,daha sonra heyətlərin açıqlamalarını burda yazmaq istəmirəm.Buyurun,zəhmət çəkib oxuyun,öyrənin.
Deməli,Ukrayna və Rusiya heyətləri arasında görüş İstanbulun məşhur Dolmabagça sarayında baş tutdu.Görüşdən əvvəl Türkiyə respublikasının prezidenti Rəcəb Tayyib Ərdogan həyətlərlə salamlaşdıqdan sonra onların qarşısında çıxış etdi.
R.T.Ərdoganın çıxış etdiyi kürsünün arxasındakı divarda bir tablo vardı.Yəqin gördünüz ki,həmin tablonun üzərində xeyli təsvirlər həkk olunmuşdu.Bu təsvirlərin arasında diqqətimi ən çox çəkən “Cumhuriyyət anıtı”idi.
İndi aranızdan kimsə düşünə bilər ki,yaxşı,bunun mövzuya nə dəxli var…
MÜBARƏK,elə bu yazının əsas mahiyyəti də həmin abidəyə sənin diqqətini çəkməkdir.
Bəli,”Cumhuriyyət anıtı”İstanbulun Bəyoglu rayonunun məşhur İstiqlal prospektində(Taksim meydanı da adlanır)yerləşir.
Abidədəki şəxslərin ortasında Türkiyə cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatükdür.Qazinin yanında duranlar isə Mixail Vasilyeviç Frunze və Klement Vefromoviç Voroşilovdur.
MÜBARƏK,bu hər iki general rus və bolşevikdirlər.Və bu hər iki inqilabçı Atatürkün dəyər verdiyi insanlar olublar.
Həm də Voroşilov və Frunzenin heykəllərini M.K.Atatürk özü istəmişdi.
Yeri gəlmişkən,”Cumhuriyyət anıtı”əsərinin müəllifi italiyalı heykəltaraş Pietro Canonika idi.P.Canoniko ilə 1926-cı ildə əldə olunmuş razılıga əsasən,o,18 ay müddətində qranitdən ibarət bu xatirə abidəsini təhvil verməli idi.
Nəhayət,1928-ci ildə xatirə abidəsi hazır oldu.
MÜBARƏK,düşünə bilərsən ki,Atatürk hara,Frunze və Voroşilov hara…
Qurtuluş savaşında türklər ingilis,avstraliyalı,yunan,fransız və başqaları ilə ölüm-dirim mübarizəsi aparırdı.Çünki Qurtuluş savaşında Türkiyə az qala dünya ilə döyüşürdü.Hətta Frunze Türkiyə parlamentində (TBMM)Sakariya qələbəsi münasibəti ilə türk xalqını təbrik etmiş,Voroşilov isə “bizdən silah,pul istəyin,biz də verək”demişdi.
İndi bəzi siyasətçi dəllallar,dələduzlar və ən başlıcası cahillər deyirlər ki,Türkiyə niyə Rusiya və Ukrayna arasında neytral mövqe nümayiş etdirir.
Təsəvvür edin ki,həm V.Zelenski,həm,V.Putin Türkiyənin bu siyasətini müdafiə edir,alqışlayır,ancaq azərbaycanlı çayxana siyasətçiləri,hoqqabaz ictimai-siyasi fiqurlar agız büzürlər.Və eyni zamanda,Ukrayna Türkiyənin qarant ölkə olmasını tələb edir.Gəl gör ki,bizim novruzəlilər hələ də dayaz düşüncələrindən vaz keçə bilmirlər.
Cəhalət agır bir xəstəlikdir!
Cəhalət çox agır psixoloji travmadır!
Allah şəfa versin.
Kamal Aliyev