KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İsrail, İran və Azərbaycan arasındakı gərginlikdən niyə narahatdır?

Kamal Aliyev: İsrail, İran və Azərbaycan arasındakı gərginlikdən niyə narahatdır?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
220 0

Dünən İsrailin müdafiə naziri Yoav Qallant azərbaycanlı həmkarı Zakir Həsənova və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə zəng edib.Daha sonra israilli nazir öz tviter hesabında bu barədə məlumat verib.
Maraqlıdır,İsrailin müdafiə naziri eyni gündə iki dəfə B askıya niyə zəng edib?
Yoav Qallant bildirib ki,İranın Azərbaycana qarşı son aqressiv hərəkətləri Təl-Əvivi narahat edib.
Yeri gəlmişkən,İsrail İranın hərbi mərkəzlərinə dronlarla hücum edib.Təl-Əvivin əsas hədəflərindən biri də İranda uzaqmənzilli,hipersonik raketl əırin istehsal edildiyi hərbi zavod da olub.Görünür,İsrail İranın əldə etməyə çalışdıgı hipersonik raketlərin həm özünə,həm də müttəfiqlərinə ciddi təhdid yaratdıgını əmindir.
Digər tərəfdən,Azərbaycan qabaqcadan İranın təxribatlarını neytrallaşdırmaq üçün İsraildən kəşfiyyat məlumatları da ala bilər.Bu,olduqca vacub və həssas mövzudur.Çünki İran və Azərbaycan arasında gərginliyin nə qədər davam edəcəyi və nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq o qədər də asan deyil.
Üstəlik,İrandakı rejim daxildəki narazılıqları,problemləri arxa plana atmaq üçün müxtəlif təxribatlara əl ata bilər.Mümkündür ki,rejim qonşu ölkələri vursun,ya da həmin ölkələrdəki “yatmış hücrələri”hərəkətə gətirməklə öz məkrli planlarını həyata keçirsin.
Şübhəsiz ki,bu ölkələrin sırasında Azərbaycan da var.Azərbaycan müstəqilliyini qazandıqdan sonra İran “yumuşaq güc”(soft power)amilindən istifadə edib.Belə ki,İrandakı klerikal rejim Azərbaycanda dini maarifləndirmə pərdəsi altında özünün cəsus şəbəkəsini yarada bilib.Xüsusilə,şiə mıscidlərində,ayrı-ayrı mədrəsələrdə həmişə İrana yaxın cəsus şəbəkəsi öz işini görüb.İran təkcə dini sektorda deyil,eyni zamanda,QHT,media və bürokratiyada da özünə tərəfdaşlar,simpatizanlar toplaya bilib.Əlbəttə,dövlət İranın Azərbaycandakı cəsus şəbəkəsindən məlumatlıdır və son həbslər də bizə bunu göstərir.Lakin İranın cəsus şəbəkəsinin daha güclü və oturuşmuş oldugu güman edilir.
Bu baxımdan,İsrail və Azərbaycan arasında İranın bölgədəki aktivliyi haqqında kəşfiyyat məlumatlarının paylaşılması vacibdir.Biz Azərbaycandakı İran agenturasının son həbslərdən sonra zəiflədiyini və yaxud marginallaşdıgını zənn etməməliyik.Vurguladıgım kimi,İranın agentura şəbəkəsi, “yatmış hücrələr”hər an təxribata əl ata bilərlər.Ötən cümə günü Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı rejimin aqressivləşdiyini,dövlət aglını itirdiyini bizə bariz nümayiş etdirdi.Belə nəticəyə gəlmək olar ki,teokratik rejim “yumuşaq güc”amilindən bu dəfə “sərt güc”(hard power) müstəvisinə keçib.
Hal-hazırda İran mediasında anti-Azərbaycan ritorikası ABŞ və İsrailə qarşı olan üslübla eynidir.Xüsusilə,SEPAH-a yaxın media bu istiqamətdə “can-fəşanlıq”nümayiş etdirir.Hətta SEPAH-ın nəzarətində olan media və sosisl-şəbəkə platformaları Azərbaycanı “Bakı respublikası”adlandırır.Şübhəsiz,SEPAH-ın əsl sshibi İranın ali rəhbəri Seyid Əli Xamaneidir.Bu,o deməkdir ki,anti-Azərbaycan siyasətinin ideoloqu və sifarişçisi Xamaneidir.Azərbaycan səfirliyinə hücum edən və bir nəfəri öldürən,iki nəfəri yaralayan Yasin Hüseynzadənin ruhi xəstəxanaya yerləşdirilməsi bizə onu deməyə əsas verir ki,bu hadisə rejimin daxilindəki qruplardan birinin təşəbbüsüdür.Görünür,rejimin daxilində monolitlik yoxdur və iyerarxiyada çat yaranıb.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir