Mümkündür ki, İsrail Qəzza zolagında quru əməliyyat keçirməsin. Bunun əvəzində ola bilsin ki,”HƏMAS”-ın hərbi və siyasi liderlərinə qarşı “nöqtə”əməliyyatları icra edilsin.İsrailin ən böyük müttəfiqi ABŞ-də Qəzzaya hücuma istəksizdir.ABŞ Yaxın Şərq bataqlıgına növbəti dəfə düşmək istəmir.Elə Rusiya və Çin də amerikalıları Yaxın Şərqə çəkmək istəyir.ABŞ Əfqanıstanda ugursuz oldu,İraqı İranın proksilərinə(Şimalda Bərzaninin kürdləri xaric)təhvil verdi.Üstəlik,İranın son anda Hürmüz bogazını qapaya biləcəyi,”Hizbullah”-ı müharibəyə daxil edəcəyini,Qərbin regiondakı maraqlarına qarşı hərəkətə keçəcəyini də istisna etməməliyik.
Bu gün ABŞ-nin keçmiş prezidenti Barak Obamanın son hadisələrlə baglı fikirlərini oxudum.Obama deyir ki,İsrailin bütün fələstinliləri qarşısına alması əks-təsir effekti dogura bilər və gələcək nəsillərin düşüncəsində daha böyük qəzəb yarada bilər.
Digər tərəfdən,ABŞ və Avropa İttifaqının birmənalı olaraq İsraili müdafiə etməsi islam dünyasında Qərbə qarşı inamsızlıq duygusunu daha da dərinləşdirir.Şübhəsiz ki,məhz bu amil ən çox da Rusiya və Çinin geosiyasi maraqları ilə üst-üstə düşür.Təbii ki,bu reallıgı Qərb də artıq dərk etməyə başlayıblar.
Təsadüfü deyil ki,İsrail-Fələstin konfrantasiyasında Moskva və Pekinin mövqeləri demək olar ki, fərqlənmir;hər iki güc “iki dövlətli”həll planını müdafiə edirlər,İsraili aşırı gücdən istafadə etməkdə təqsirli görürlər.Göründüyü kimi,İsrail-Fələstin probleminin uzanması Qərbdən daha çox avtoritar Rusiya və Çinə yarıyır.Bu,islam ölkələri ilə Rusiya-Çin ittifaqı arasında yaxınlaşmanı daha da sürətləndirir.Siyasət dinamik peşədir və bu sahədə daimi dostlar yox,əbədi maraqlar var.
Yəni ərəb ölkələri öz təhlükəsizliklərinə zəmanət aldıqları təqdirdə,rahatlıqla Çin və Rusiyanın orbitinə daxil ola bilərlər.Bu faktı Qərbdə də anlayırlar və mümkün oldugu qədər İsrail-Fələstin problemini “iki dövlətli”həll planı çərçivəsində nizamlamaq lazımdır.
Bu nöqteyi-nəzərdən,nüfuzlu “The New York Times”nəşri də İsrailin Qəzzaya qarşı quru əməliyyatı keçirə biləcəyinə ABŞ-nin narahat oldugunu yazır.
Kamal Aliyev
Kamal Aliyev: İsrail-Fələstin konflikti islam dünyasını Rusiya və Çinin orbitinə yaxınlaşdırarmı?
274 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.