KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İslahatçı Pəzekşian İrandakı seçkiləri qazana bilərmi?

Kamal Aliyev: İslahatçı Pəzekşian İrandakı seçkiləri qazana bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
141 0

İyunun 28-də İran İslam Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində iştirak edəcək 6 namizəddən biri də Məsud Pəzeşkiandır.
Yeri gəlmişkən,4-ü qadın,80 nəfər namizədliyini versə də,cəmi 6 şəxsin müraciəti qəbul olunub.Məlum 6 nəfər arasında ən şanslı olanlar Məhəmməd Baqir Qalibaf və Səid Cəlili olsa da(hər ikisi mühafizəkar cameəni təmsil edir),islahatçıların namizədi Məsud Pəzekşian da diqqəti cəlb edir.Belə ki,əslən azərbaycanlı oldugu deyilən Pəzekşian bu gün Tehranda keçirilən “Pəzekşianı dəstəkləyən qadınlar”konfransında deyib ki,40 ildir müdaxilələrlə hicab problemini həll etməyə çalışsaq da,bu sahədə vəziyyət daha da pisləşib.Pəzekşian onu da deyib ki,onun üçün fars,türk,kürd,bəluc,kişə və qadın arasında heç bir fərq yoxdur və o,xalqı etnik,məzhəb fərqlərinə bölmür.Göründüyü kimi,Pəzekşian İranda 40 ildir mövcud olan “Nur Planı”nı(məcburu hicab qanunu)açıq tənqid edərək,rejimi də tənqid edib.
Pəzekşian belə deyib:”biz türklərin belə bir sözü var ki,nurun əksi bizdə qaranlıq deməkdir.Lakin biz 40 ildir hicab məsələsini həll etməyə çalışsaq da,problem dərinləşdi və bu,bizi qaranlıga aparır”.
Məsud Pəzekşianın iştirak etdiyi konfransda İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Fatimə Rəfsəncanı,keçmiş prezidentl əırin müavinləri Mısumə Əbtəkar və Şəhindot Mollaverdi də iştirak edirdi.Baxmayaraq ki,İranda prezident seçkilərinə ayrılan təbligat dövrü qısadır,yenə də namizədlər öz proqramlarını seçicilərə çatdırmaga çalışışırlar.
Bu nöqteyi-nəzərdən,Pəzekşianın seçkilərdə sürpriz edəcəyi də mümkündür.Pəzekşian daha çox azərbaycanlılardan,kürdlərdən və bəluclardan səs ala bilər.Onu da istisna etmirəm ki,klerikal rejimdən bezən İrandakı gənc nəsil seçki günü fəallıq göstərərsə,Pəzekşian kifayət qədər səs ala bilər.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir