KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İran,Suriyanın şimalındakı kürd separatçılarını niyə dəstəkləyir?

Kamal Aliyev: İran,Suriyanın şimalındakı kürd separatçılarını niyə dəstəkləyir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
321 0

Türkiyə yaxın həftələrdə Suriyanın şimalında PKK/PYD kimi kürd separatçı hörgütlərinə qarşı hərbi əməliyyat keçirəcək.Burada əsas hədəf cənub koridorunun təhlükəsizliyini təmin etmək,Suriya ilə sərhəddə 30 kilometrlik təhlükəsizlik zolagı yaratmaq və ən nəhayət,Türkiyədə məskunlaşmış suriyalıların bir qisminin(1 milyon nəfər qaçqın)öz vətənlərində yaşamasını təmin etməkdir.

Təbii ki,Ankaranın Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyata münasibət heç də birmənalı deyil.Xüsusilə,İran İslam Respublikası Suriyadakı geopolitik,teopolitik maraqlarından çıxış edərək,Ankaran Suriyada keçirəcəyi əməliyyata qarşı çıxır.Ancaq onu da vurgulamaqda fayda var ki,türk ordusunun(TSQ)növbəti Suriya əməliyyatına qarşı çıxan ölkələr arasında Rusiya və ABŞ-da var.Lakin Türkiyə prezidenti R.T.Ərdoganın Soçidə rusiyalı həmkarı V.Putinlə keçirdiyi son görüşdən sonra Moskvanın əməliyyata hər hansı problem yaradacagını zənn etmirəm.Halbuki,Tehranda “Astana Formatı”çərçivəsində keçirilən Putin-Ərdogan-Rəisi(İran prezidenti)görüşündə Ankara əməliyyatın keçiriləcəyini dolayı yolla bəyan etmişdi.Görünür,Tehran Türkiyənin Suriyanın şimalında separatçı hörgütlərə qarşı keçirəcəyi əməliyyatdan o qədər narahat olub ki,öz hərbi proksilərindən olan “Həşdi-Şəbi”quruplaşmasını terrorist ünsürlərin köməyinə göndərib.

Tehran artıq qəbul edib ki,türk ordusunun potensial əməliyyatı səbəbindən Rusiya hava məkanını Ankaranın üzünə baglamayacaq.Üstəlik,rus hərbi komandanlıgı TSQ-nın keçirəcəyi əməliyyat bölgəsindən hərbçilərini geri çəkib.Və belə olan təqdirdə,Tehran ərazidəki boşlugdan istifadə etmək qərarına gələrək,əmrində olan silahlıları separatçıların yanına göndərib.
İran istəyir ki,separatçı kürdlərlə Əsəd rejimin arasını düzəltsin.Lakin separatçı kürd hörgütləri(SDG/PYD)indi daha çox Tehranın deyil,Vaşinqtonun direktivləri ilə oturub-dururlar.

TSQ-nın Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyata gəlincə,bu,bir mənada ərazinin terror ünsürlərindən təmizlənməsi olacaq.Əməliyyat Fərat çayının qərbi,Təl-Rifat və Mənbiç ərazilərindəki terror hörgütlərinə qarşı həyata keçiriləcək.

Bütün bunlara rəgmən,İran Türkiyənin Suriyada ərazi hakimiyyəti qurmagına isti yanaşmır və Ankaranı özünün Suriyadakı geosiyasi çıxarları üçün təhlükəli hesab edir.Çünki,İranın ali rəhbəri,vilayəti-fəqih şiələrinin lideri,ayətullahül-uzma Seyid Əli Xamanei Suriyanı İranın Yaxın Şərqdəkı
“şiə ayparası”doktrinasının tərkibi kimi görür.

Hal-hazırda Türkiyə Suriyanın şimalındakı Afrin,Təl-Əbyad,Fərat Qalxanı ərazisi və İdlibin bir hissəsinə nəzarət edir.Ankara indi İran sərhədindən Aralıq dənizi hövzəsinə qədər cənub sərhədlərində PYD dövlətçiyi ilə qonşu olmaq istəmir.Elə buna görə,TSQ yaxın həftələr ərzində Suriyanın şimalında hərbi əməliyyatın düyməsini basacaq.

Ankara öz təhlükəsizliyini qorumaq üçün sərhədlərində ayrı-ayrı terrorçu qruplaşmalara qarşı əməliyyatlar keçirmək haqqına sahibdir.Əlbəttə ki,bu haqqı beynəlxal hüquq verir.
Əgər İran Suriya ilə qonşu olmaya-olmaya bu ölkədə əməliyyat keçirisə,(hətta Bəşər Əsəd dəvət etsə belə)Türkiyənin də sərhədləri yaxınlıgında öz təhlükəsizlik maraqlarını qorumaq haqqı var.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir