KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İrannın nüvə alimlərini kim(lər)öldürür?

Kamal Aliyev: İrannın nüvə alimlərini kim(lər)öldürür?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
351 0

Son vaxtlar İranın nüvə sahəsində çalışan mütəxəsisləri ardıcıllıqla qətlə yetirilir.Bəzən hətta 1 həftə ərzində Nətənz nüvə obyektində işləyən alimin,İran İnqilab Keşikçiləri Korpusununun(SEPAH) Qüds Briqadasına baglı olan zabitlərin sui-qəsdə məruz qaldıgını müşahidə edirik.Bu sıraya Yəzddə öldürülən Əyyub İntizari,Kərəc şəhərində sui-qəsdə məruz qalan Əli İsmayılzadənin adlarını çəkmək olar.Son qətlə yetirilənlər isə nüvə alimi Dr.Kamran Mollapur və SEPAH-ın polkovniki Seyyid Həsən Xudayi idi.

Əlbəttə,həm İranın ali lideri,rejimin başçısı Seyyid Əli Xəmənei,həm də prezident İbrahim Rəisinin açıqlamalarına diqqət yetirsək görərik ki,hər iki lider sətiraltı məlum qətillərdə ABŞ və İsraili nəzərdə tuturlar.

Ümumiyyətlə,rejim adətən ABŞ və İsrailə od püskürərkən,”qlobal təkəbbürlülər”və “sionistlər”kəlmələrindən istifadə edir.
Əslində,İran və İsrail arasında uzun illərdir “kölgə müharibələr”davam edir və yəhudi dövləti Tehrana qarşı “Axtapot doktrinası”ndan istifadə edir.

Belə ki,mayın 22-də SEPAH-ın polkovniki Xüdayi Tehranın mərkəzində,parlamentin yaxınlıgında yerləşən Mücahiddin İslam prospektində baş nayihəsinə açılan 5 güllə ilə qətlə yetirilib.
Xüdayi uzun illər idi ki,Suriya ərazisindən İsrailin nəzarətində olan Qolan yüksəklərinə dron hücumlarının həyata keçirilməsində,Əsəd rejiminin müxaliflərinə divan tutmasında,Livanda Hizbullaha təlimlər keçirilməsində iştirak edən yüksək rütbəli İran zabiti olub.
Elə o vaxtdan da Xüdayi İsrailin xarici kəşfiyyat orqanı Mossad-ın radarında idi.

Fərzi edirəm ki,Xüdayinin öldürülməsi İsraildə Naftali Bennettin liderlik etdiyi koalisiya hökumətinin həm də ABŞ-a bir mesajıdır.Ona görə ki,İran Vyanada baş tutan nüvə danışıqlarında daha böyük güzəştlər əldə etmək istəyir və SEPAH-ın terror təşkilatları siyahısından çıxarılmasını istəyir.Digər bir variant isə belə ola bilər ki,ABŞ və İsrail kəşfiyyatı birlikdə İrandakı rejim müxaliflərindən istifadə etməklə,Tehranın daha çox güzəştlər tələb etməsinin qarşısını almaq məqsədini güdsün.Ehtimal edirəm ki,İran nüvə danışıqlarında prosesin iflasa ugramasını istəyə bilər və bu,İsraili qətiyyən məmnun edə bilməz.Yəni bu sayaq sui-qəsdlər rejimi danışıqlar masasından qalxmamaga məcbur etməyə hesablana da bilər.

Bir məqamı da vurgulayım ki,polkovnik Xüdayi yaxşı səviyyədə ərəb,türk,kürd dillərini bilirdi və Yaxın Şərqdə böyük təsiri olan SEPAH zabitlərindən biri olub.
Diqqətimi çəkən bir məqam da budur ki,əvvəllər İsrail kəşfiyyatı təkcə İranın nüvə alimlərini hədəfə alırdısa,indi gözünü SEPAH-ın zabitlərinə dikib.

Dogrudur,2020-ci ilin yanvarında Bagdad aeroportundada öldürülən SEPAH-ın Qüds Briqadasının komandanı Qasım Süleymanini çıxmaqla,daha sonra Tehranda öldürülən Möhsün Fəxrizadə də İranın məşhur nüvə alimlərindən biri idi.

Bütün bu sui-qəsdlər onu göstərir ki,rejim nə qədər özünü “güclü”göstərsə də,alimlərini,zabitlərini qorumaq iqtidarında deyil.Sadəcə olaraq,hər dəfə S.Ə.Xəmənei və İ.Rəisidən “İsrail və Əmrikəyə ölüm!”şüarından başqa heç nə eşitmirik.İran hökuməti “qlobal təkəbbürlülərə”qarşı ən yaxşı halda intiqam,qisas almadan başqa heç nə söyləmir.
Rejim konkret addım atmır və ya ata bilmir.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir