KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İranlı general Azərbaycanı niyə hədələdi?

Kamal Aliyev: İranlı general Azərbaycanı niyə hədələdi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
327 0

İran Ordusu Quru Qoşunları komandanı,briqada generalı Kiumars Heydəri bu gün Tehranda qılınan cümə namazında Azərbaycanı hədələyib.
Dogrudur,K.Heydəri konkret Azərbaycanın adını çəkməsə də,2020-ci il də baş vermiş 44 günlük müharibəni nəzərdə tutub.

K.Heydəriyə deyib ki,İranın əldə etdiyi informasiyaya görə,”Qeyri-legitim İsrail rejimi”qonşu ölkələrin birinin ərazisində fəaliyyət göstərib və regiondakı geopolitik şərtləri dəyişmək planlarına sahib olub.
Şübhəsiz ki,iranlı generalın “qonşu ölkələrdən birində”deyərkən,Azərbaycanı nəzərdə tutub.Heydəri deyib ki,həmin tarixlərdə İran Silahlı Qüvvələri ölkənin şimalında hərbi təlimlər keçirib və bəzi məlumatlar əldə edib.K.Heydəri onu da vurgulayıb ki,İran regionda “sionist rejim”in fəaliyyətini müşahidə edir və bu rejimin elementləri regionu tərk etməlidir.

Artıq demək olar ki,son həftələr,hətta son günlər İran tərəfindən Azərbaycana təhdidlərin sayı artır.Bir neçə gün bundan əvvəl SEPAH növbəti dəfə Ermənistanın xəritəsini yayaraq və bu ölkənin sərhədlərini xüsusi şəkildə vurgulayaraq,Azərbaycanı və Türkiyəni hədələdi.

Görünür,son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın bu ölkənin parlamentindəki söylədikləri,Qarabagdakı separatçı rejimin rəhbərləri ilə erməni iqtidarı arasında yaşanan narazılıqlar Tehranı hərəkətə gətirib.

Üstəlik,Rusiyanın Ukraynada başının qarışması,Azərbaycan hərbçilərinin Fərrux kəndini ermənilərdən geri alması və Agdərə istiqamətində irəliləyişi qonşu İranı narahat etməyə başlayıb.

Ümumiyyətlə,Daglıq Qarabagda sülhün bərqərar olmaması,münaqişənin dondurulmuş vəziyyətdə onillərlə saxlanılması təkcə Rusiyanın yox,həm də İranın geosiyasi maraqları ilə üst-üstə düşüb.

Digər tərəfdən,Tehran Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasında,regionda kommunikasiya sistemlərinin bərpasında da maraqlı deyil.Lakin hazırkı situasiya fərqlidir və Cənubi Qafqazda sülhün bərqərar olmasında Qərb də maraqlıdır.Məhz Əliyev və Paşinyan arasında keçirilən ardıcıl Brüssel görüşlərindən sonra açıqlanan bəyanatlarda Avropa İttifaqının Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı oldugunu görürük.

Təbii ki,bu,İranı narahat edir və Tehran Türkiyənin timsalında NATO-nun regiona daxil olmasına qəzəblənir.
O ki qaldı “Sionist rejim”söhbətinə,bunlar Tehranın ənənəvi bəhanələrindən biridir,iddiyə almaga dəyməz.

Rejim “sionizm”kəlməsini öz teopolitik siyasətinin əsas bazisi kimi görür və İranda yaşayan milyonlarla azərbaycanlını bu kəlmə ilə Azərbaycanla üz-üzə qoyur.
Eyni zamanda,İranın xarici siyasət doktrinasında teopolitika həmişə aparıcı rol oynayıb.Yəni,bu,yeni mövzu deyil.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir