KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: İranlı ayətullah azərbaycanlıları niyə cəhənnəmə layiq gördü?

Kamal Aliyev: İranlı ayətullah azərbaycanlıları niyə cəhənnəmə layiq gördü?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
82 0

Gün olmur ki,bir iranlı keçmiş diplomatın,jurnalistin,mollanın Azərbaycana və azərbaycanlılara qarşı həqarətlərini,aşagılamalarını eşitməyək.Sanki bu “qumcıqlar”,sizdən çox üzr istəyirəm qancıqlar azərbaycanlıları,türk dilini təhqir etməkdən ötrü sinov gedirlər.
Bu dəfə növbəti iranlı ayətullah Müctəhadi Tehraninin səs yazısı yayılıb.
Bəzən düşünürəm ki,İrandakı klerikal zümrə arasında “rəqabət”,”qanlı müharibə” o qədər qızışır ki,mollalar bir-birinin ayıbını,məhrəmini açıb ortaya qoyurlar və bundan aşırı zövq alırlar.

Belə ki,Müctəhadi Tehrani yayılmış səs yazısında deyir ki,türklər cənnətə girəndə ərəb olurlar,farslar və ərəblər cəhənnəmə daxil olunca türk olurlar.Təsəvvür edin,bu,nə qədər diskriminativ,rasist bir düşüncədir.

M.Tehranı hətta onu da deyir ki,türklər cəhənnəmə girmək istəyirlərsə,bu,çox asandır,çünki cəhənnəmdə türk dilində danışırlar.
Deməli,bu şiə mollası tərbiyəsizliyinin miqyasını bir az da genişləndirərək deyir ki,səhih hədisə(yəqin Üsuli-Kəfi adlı uydurma hədislər kitabından yararlanıb)görə cənnətdə ərəbcə danışırlar,yaxşı türklər ərəb olurlar,ərəblər və farslar cəhənnəmə girərlərsə,türk olurlar.

Bizə belə deyilib,belə öyrədilib ki,islam dinində ümmətçilik prinsipi var,bu səmavi tövhid dinində məzhəbindən,məşrəbindən asılı olmayaraq hamı ümmətə aiddir.
Hətta İran İslam Respublikasının ali rəhbəri,azərbaycanlı cəfəri şiələrinin əsas mərcei-təqlidi ayətullahül-uzma Seyid Əli Xamenei də islam ümmətinin vəhdətindən(?)danışır,müsəlmanları bir olmaga səsləyir.Lakin gəl gör ki,Xameneinin kurasiyasında olan müctəhidlərdən biri tərbiyəsizlik,irqçilik edir.İş ondadır ki,Müctəhadi Tehrani öz aləmində farsları və ərəbləri cənnətə,ölkəsindəki 25 milyon azərbaycanlını isə cəhənnəmə layiq bilir.

Mən əslində buna təəccüblənmirəm.Çünki bütövlükdə şubiyə şiəliyinin mahiyyəti irqi ayrı-seçkilikdən,hətta ksenofobiyadan. ibarətdir.
Şubiyə şiəliyi öz yaramaz,bərbad dünyagörüşünə görə,xalqlar,etnoslar,qövmlər arasında seleksiya işi ilə məşguldur.

Bu mollalara ən gözəl cavabı stadionda “Fərmandeh”oxuyanları fitə basmaqla elə azərbaycanlılar özləri verdilər.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir