Nəhayət,İranda iyunun 28-də keçiriləcək növbədən prezident seçkilərində iştirak edəcək namizədlərin kimliyi məlum olub.Namizədlərdən biri reformist olmaqla,altı namizədin müraciəti Konstitutsiyanın Mühafizəsi Şurası tərəfindən(KMŞ)qeydə alınıb.Iranın ali rəhbəri Seyid Əli Xamanei növbəti dəfə keçmiş prezident Mahmud Əhmədinejatın namizədliyinin qeydiyyatını veto edib.
İran prezidentliyinə namizədlər aşagıdakılardır:
-Məhəmməd Baqir Qalibaf
-Səid Cəlili
-Məsud Pezeşkiyan
-Mustafa Purməhəmmədi
-Əmir Hüseyn Kadızadəhaşimi
-Əli Rza Zəkani
-Bütün bu altı namizədin profillərini araşdırdıqda məlum olur ki,rejimin etibar edəcəyi və ən başlıcası,İranın faktiki lideri Xamaneinin “hə”sini ala biləcək ən şçanslı namizəd Baqir Qalibafdır.Qalibaf hərbçi kökənlidir,keçmişdə Tehranın bələdiyyə sədri olub,2020-ci ildən isə ölkə parlamentinin spikeridir.Bundan əvvəlki seçkidə də Qalibaf mayın 18-də helikopter qəzasında ölən keçmiş prezident İbrahim Rəisinin xeyrinə namizədliyini geri götürmüşdü.
Üstəlik,Qalibafın Xamaneinin dəftərxanasına yaxın oldugu da bildirilir.Maraqlı olan məqam həm də budur ki,bu dəfə KMŞ bir nəfər islahatçı namizəd-Məzud Pezekşiyanın namizədliyini qeydə alıb.O ki qaldı Pezekşiyanın şansına,bu,demək olar ki,yoxdur.Belə olan təqdirdə,açıq ifadə etmək mümkündür ki,İranın növbəti prezidenti mühafizəkar qanadın təmsilçilərindən biri olacaq.Hələ ki,ən şanslı namizəd Baqir Qalibafdır.Bir məsələ də var ki,bir müddət əvvəl Qalibafın oglu İshaq Kanadaya mühacirət edərək,bu ölkədən siyasi oturum istəmişdi.Təbii ki,bu hadisə Qalibafın İran cəmiyyətində tənqidinə rəvac vermişdi.
İran prezidentliyinə digər şanslı namizəd Səid Cəlilidir ki,o da Mahmud Əhmədinejadın dövründə(2007-2013)Milli Təhlük ə sizlik Şurasının baş katibi olub.Dogrudur,Cəlili də 2021-ci ildəki prezident seçkisində Rəisinin xeyrinə namizədliyini geri götürmüşdü,ancaq onun da sərt mühafizəkar ritorikasının iranlılar arasında yayıldıgı məlumdur.