KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: İran’ın şii hilali çökdümü?

Kamal Aliyev: İran’ın şii hilali çökdümü?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
27 0

Hələ demək çətindir ki,İranın “şiə hilalı”ekspansiya konsepsiyası çökdü.Lakin Türkiyənin logistik və hərbi,Qətərin isə maliyyələşdirdiyi Təhrir əş-Şam qruplaşmasının(Azad Suriya Ordusi ilə birlikdə) Hələbi ələ keçirməsi Tehrandakı rejimə agır yara vurdu.Halbuki,Suriyanın ikinci böyük şəhəri və sünni müsəlmanların Əməvi xilafəti dövründən əsas strateji nöqtələrindən biri olan Hələb İranın “Şiə Hilalı”konsepsiyasında mühüm yer tuturdu.
Yeri gəlmişkən,”Şiə hilalı”konsepsiasını ilk dəfə 2004-cü ildə İordaniya kralı Abdullah dilə gətirmişdi.Səbəb isə bu idi ki,İraqın diktatoru Səddam Hüseyn devrildikdən sonra İranın bu ölkədə siyasi və iqtisadi çəkisi xeyli artmışdı;rejim İraqda özünə yaxın milis qüvvələri qurur,seçkilərə fəal müdaxilələr edirdi.
Ümumiyyətlə,İraqın ABŞ tərəfindən işgalı ən çox İranın maraqlarına cavab vermişdi.Və İran bununla kifayətlənməyib 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsində Bəşər Əsəd rejiminə dəstək verməyə başladı.İranın məqsədi aydındır:11%-lik ələvi azlıgı qorumaq məqsədiylə orta perspektivdə Suriyanı “Şiə hilalı”konsepsiyasına daxil etmək,uzaq perspektivdə isə bu ölkəni şiələşdirməkdir.
Hal-hazırda,Suriyadakı proseslər onu göstərir ki,İranın strateji planı işləksiz vəziyyətdədir və bu,rejimin müqəddəratına da təsirsiz ötüşməyəcək.

Son olaraq,Suriyada təkcə İran və ya Rusiya yox,eyni zamanda,separatçı kürdləri(Ayn əl-Arab,Təl-Rıfat,Mənbiç)dəstəkləyən ABŞ və İsrail var.

Bu təhlükə haqqında da daha sonra…

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir