KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İranın nüvə proqramı və ABŞ-ın “son seçimi”

Kamal Aliyev: İranın nüvə proqramı və ABŞ-ın “son seçimi”

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
34 0

ABŞ prezidenti Cozef Bayden İsraildə səfərdədir.Sabah isə Ag Ev rəhbərinin Səudiyyə Ərəbistanına gedəcəyi gözlənilir.Həmişə oldugu kimi,Yaxın Şərqdə ABŞ geopolitik maraqlarını heç kimə güzəştə getmək istəmir.Çünki,Vaşinqton Yaxın Şərqə azca diqqətini azaldan kimi,boşlugu dərhal Çin və Rusiya tutur.Buna Bayden özü İsrail mediasına müsahibəsində də toxunub.
Bu səbəbdən,ABŞ Yaxın Şərqdəki ənənəvi ərəb müttəfiqlərini və İsraili diqqətdən kənar saxlamaq istəmir.

Yaxın Şərqdə İsrai-İran düşmənçiliyi,İran-Səudiyyə Ərəbistanı rəqabəti(məzhəb kontekstində-şiəlik və sələfilik) mövcuddur və ABŞ müttəfiqlərini müdafiə etməkdə israrlı görünür.
Buna rəgmən,C.Bayden İrana qarşı hərbi müdaxiləni son “seçim”kimi görür.
Hərçənd,İran və Qərb dövlətləri arasında həm Vyanada,həm də Dohada keçirilən nüvə müzakirələri ugursuz olub.C.Bayden hələ ki,İrana qarşı iqtisadi sanksiyaları dərinləşdirməyi,bu ölkəni beynəlxalq izolyasiyaya məruz qoymagı düşünür.

İranla Qərb dövlətləri arasında 2015-ci ildə imzalanmış nüvə razılaşması(JCPOA) və ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2018-ci məlum sazişdən çıxması əksinə Tehrana əlavə üstünlüklər verib.İran hal-hazırda nüvə silahı əldə etməyə çox yaxındır.
Təl-Əvivin ən çox narahat oldugu məqam budur ki,əgər İran nüvə silahı əldə edərsə,daha sonra Səudiyyə Ərəbistanı,Misir və Türkiyə kimi ölkələr də bu silahı əldə etməyə çalışacaqlar.Baxmayaraq ki,İsrail özü nüvə silahına sahibdir,ancaq ətrafındakı müsəlman dövlətlərinin bu gücə yiyələnməsini istəmir.Bu,İsrailin xarici siyasət doktrinasının vacib bir hədəfidir.

ABŞ İrana hərbi müdaxilə edərmi?

Cozef Bayden yəhudi mediasına onu da deyib ki,o,İrana qarşı müəyyən bir mərhələdə hərbi müdaxilə variantına da əl ata bilər.Görünür,ABŞ İranı yenidən nüvə sazişinə çəkmək istəyir.Tehran isə tələb edir ki,ona qarşı tətbiq edilən bütün iqtisadi sanksiyalar,embarqolar aradan qaldırılmalıdır.
İkincisi,Tehran da boş oturmur və maksimum nüvə silahı əldə etmək üçün uranın zənginləşdirilməsi proqramını davam etdirir.Üstəlik,İran 2021-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının(ŞƏT)üzvüdür,indi də BRİCS-ə üzv olmaq istəyir.İran gələcəkdə İsrau və Qərblə baş verməsi ehtimal olunan eskalasiyada Çin və Rusiyaya çox güvənir.

Məncə,İran nüvə silahı yaratmaq arzusundan imtina etməyəcək və demək olar ki,indi bu hədəfinə daha yaxındır.İranda hakim olan düşüncə budur ki,Yaxın Şərqdə mövcud olmagın tək yolu nüvə silahına sahib olmaqdır.
Bundan əlavə,İran Yaxın Şərqdə ərəb rəqiblərinə qarşı proksi müharibələr aparır.
Tehran bu gün Yəməndə,Suriyada,Livanda,Fələstində öz proksilərinə hərbi-siyasi yardım edir və düşünür ki,bunu etməsə,özü günün birində hədəfə gələcək.
Bu arada,Tehranın Azərbaycanda da yumuşaq gücü var və ölkəmizə müxtəlif təzyiqlər edir.Belə ki,”Hüseyniyyun”adlı qeyri-leqal təşkilatın fəaliyyətini,İranda oturub Azərbaycanın dünyəvi sistemini təhdid edən “blogerlər”i,kəriməçiləri xəfifə almamalıyıq.

Ərəb ölkələri İrandan nə istəyir?

Bu gün körfəzdəki ərəb ölkələrinin əsas istəyi ABŞ-ın İrana hərbi müdaxilə etməsidir.Ərəb dövlətlərinə görə,İran hətta nüvə sazişinə geri dönsə belə,bu,ona geniş maddi imkanlar qazandıracaq və öz proksilərinə daha çox yardım edəcək.
Bu,dogru proyeksiyadır.Ona görə ki,İran bu qədər iqtisadi sanksiyalara rəgmən öz proksilərinə arxa dura bilirsə,nüvə razılıgı əldə olunarsa,rejim daha böyük üstünlüklər əldə etmiş olacaq.İndiki mərhələdə Qərb İranda rejim dəyişikliyinə də isti yanaşmır.Çünki,İrandaki mövcud rejimin varlıgı Qərbin Yaxın Şərqdə geosiyasi hədəflərinə o qədər də problemlər yaratmır.İranın demokratik,sekulyar ölkə olması həmişə dediyim kimi,ABŞ-ın maraqlarına cavab vermir.İrandakı rejim ABŞ-ın əlində ərəb dövlətlərinə,hətta Türkiyəyə qarşı kötəkdir.Axı İran olmasa,ərəb şeyxlərinə milyardlarla dollar məbləgində silah satmaq olmaz.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.