KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İranın eyni gündə həm Azərbaycana,həm də İsrailə hücumunun məqsədi nə idi?

Kamal Aliyev: İranın eyni gündə həm Azərbaycana,həm də İsrailə hücumunun məqsədi nə idi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
165 0

Dünən İranın paytaxtı Tehranda Azərbaycan səfirliyinə hücum və nəticədə bir nəfər şəxsin qətlə yetirilməsi,iki nəfərin yaralanması hələ bir müddət də müzakirə mövzusu olacaq.Dogrudur,rejim Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktında “şəxsi motiv” amilindən istifadə etsə də,reallıqda bu hadisə İran iqtidarının aqoniya içində oldugunu açıq göstərir.
Rejim Azərbaycanın ikinci Qarabag müharibəsində qazandıgı qələbəni həzm edə bilmir,Cənubi Qafqazda formalaşan yeni geopolitik mənzərəni qəbul edə bilmir.
Bununla paralel olaraq,rejim Azərbaycan-İsrail münasibətlərinin inkişafından olduqca narahatdır.Açıq deyək ki,İrana görə,İsrail bu ölkənin şimalında güclənməklə onu həm mühasirəyə alır,həm də rejimə təhdid yaradır.
Son terror aktı bizə bir həqiqəti göstərir ki,Qarabagda iki bundan əıvvəl dəyişən status-kvo ayətullah rejimini əməlli-başlı özündən çıxarıb.Üstəlik,Məhisə Əminə adlı gənc qızın əxlaq polisi tərəfindən psixoloji və fiziki təzyiqlərə məruz qalaraq öldürülməsindən sonra İranda aylarla davam edən etiraz aksiyaları da rejimin siyasi sütunlarını laxladıb.
Digər yandan,İranın bu gün Rusiyanın Ukraynadakı işgal hərəkatına köməyi və faktiki olaraq Moskva ilə çiyin-çiyinə durması Qərbin də diqqət mərkəzindədir.

Dünən eyni zamanda,Yerusəlimdə bir sineqoqda ibadət edən yəhudilərə qarşı törədilən,7 nəfərin öldüyü,10 nəfərin də yaralandıgı terror aktında da İranın barmagının oldugunu zənn etmək mümkündür.İran təkcə Qəzza zolagındakı “Həmas”və “İslami Cihad”kimi terror təşkilatlarına deyil,eyni zamanda Rəmallahdakı fələstinlilırə də dəstəy göstərir.Görünür,Tehrandakı rejim küncə sıxıldıqca,təziqlərə məruz qaldıqca daha da azgınlaşır.Hal-hazırda İran mediasında ən çox hədələnən,gecə-gündüz əleyhinə təbligat aparılan ölkələr sırasında Azərbaycan və İsraili də görmək mümkündür.Əlbəttə,mən birmənalı olaraq,Tehran və Yerusəlimdəki terror aksiyaları arasında müqayisə aparmaq istəməzdim.Lakin bizə dəqiq olan məqam budur ki,Xamanei rejimi Azərbaycan və İsraili hədəfinə yerləşdirib və nəyin bahasına olursa-olsun bu iki dövlətin genişlənən əlaqələrinə zərbə vurmaq istəyir.Tehranın əsas qorxularından biri də Türkiyənin İsraillə münasibətlərinin normallaşması və gələcəkdə Ankara-Təl Əviv-Bakı üçtərəfli siyasi mexanizmin qurulmasıdır.
Həm Tehrandakı,həm də Yerusəlimdəki terror aksiyaları rejimin beynəlxalq təcridini daha da genişləndirəcək.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir