KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İRANIN DAGILMASINI NİYƏ İSTƏMİRLƏR?!

Kamal Aliyev: İRANIN DAGILMASINI NİYƏ İSTƏMİRLƏR?!

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
328 0

-İranın dagılmasını ona görə istəmirlər ki,Yaxın Şərqdə bu ölkənin varlıgı,dünyadakı şiələrin(əksər hissəsi)hamisi olması,yerləşdiyi cografiyada şiələri ətrafında təmərküzləşdirərək müsəlman dövlətlərinin birləşməsinə mane olması qlobal aktorların maraqlarına cavab verir.

-İranın dagılmasını ona görə istəmirlər ki,bu dövlətin geostrateji mövqeyi Hindistan və Pakistan müsəlmanlarının(baxmayaraq ki,mütləq əksəriyyəti sünnilərdir)ərəb cografiyasındakı müsəlmanlarla konsolodasiyasında “tormoz”rolunu oynayır.

-İranın dagılmasını ona görə istəmirlər ki,bu ölkə Anadolu cografiyasından Mərkəzi Asiyaya qədər türk dövlətlərinin ittifaqını və geokültürəl yaxınlaşmasının qarşısını alır.Xamaneinin “Zəngəzur dəhlizi”qarınagrısının səbəbi elə budur.Diqqət edin,Xamaneinin Zəngəzur dərdinə ilk dəstək verən Fransa oldu.Maraqlıdır,elə deyilmi?

-İranın dagılmasını o üzdən ismirlər ki,Tehran,Azərbaycan cəmiyyətinin 65% şiə çoxlugundan yararlanır,ölkəmizdəki “yumuşaq güc”ünsürlərindən həm geokültürəl,həm də teopolitika çıxarları üçün istifadə edir,beləliklə,Anadoludan başlayaraq Buxara və Hivəyə qədər bir kültürü parçalayan “torpedo”rolunu oynayır.

Buraya qədər İranın etdikləri Qərbin ayrı-ayrı dairələrinin,imperialist qurupların maraqlarına cavab verir.
Lakin Qərbin əsas hədəfi İranın nüvə silahına sahib olmamasıdır.Əgər İran nüvə silahı əldə edərsə,Səudiyyə Ərəbistanı,Misir və Türkiyə kimi Yaxın Şərq ölkələri də bu silaha sahib ola bilərlər.Bu,Qərbin Yaxın Şərqdə dominantlıgını bitirə bilər.

İran İsraillə düşməndirmi?

İrandakı teokratik rejimin varlıgını təmin edən əsas bazis İsrail düşmənliyidir.Xomeyni 1979-cu ildə hakimiyyəti pəhləvilərdən aldıqdan sonra inqilabın mövcudlugunu ABŞ və İsrail düşmənliyi üzərində qurdu.Hətta Xomeyninin istəyi ilə İranın yeni konstitusiyasının 11-ci maddəsinə “ABŞ və İsrail düməndirlər və onlarla döyüşmək bizim varlıq səbəbimizdir”mənasına gələn bir cümlə yazıldı.

İsrail hazırda İranı məglub edə bilərmi?
-Mumkün deyil.İsrail İranı ancaq əlində olan nüvə raketləri ilə məglub edə bilər.Hətta İsrail ABŞ-ın dəstəyi olmadan İrana bir güllə atmaga risq etmık.Ona görə ki,İsrailin bütün ətrafı İranın maliyyələşdirdiyi hərbi proksilərlə əhatə olunub.Və İran onillərdir milyardlarla vəsait ayıraraq proksilərini,”yatmış hüceyrələrini”məhz İsraillə potensial qarşıdurmaya hazırlayıb.

İran indiki etapda daxildən də dagıla bilməz.Çünki rejimin fars şubiyəçiliyi ilə şiəizmi artıq bir milli şüurdur,identikasiyadır.Rejim şubiyə şiəliyi ilə(Qum və Məşhəd ekolu)iranlı milli kimliyi yaradıb.
Dogrudur,rejimin “iranlı şiə”identifikasiyasına qarşı etirazçı seqmentlər var,ancaq bunlar hələ ki,hakim ideologiyanın təməllərini sarsıdacaq gücdə deyillər.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir