KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İranın Azərbaycana notası son xəbərdarlıqmı?

Kamal Aliyev: İranın Azərbaycana notası son xəbərdarlıqmı?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
201 0

 

İranın Bakıdakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.Rejim iddia edir ki,Azərbaycan mediası İrana qarşı “nalayiq və təhqiramiz”hərəkətlərə yol verir.Tehran tələb edir ki,bu prosesə son qoyulmalı,düzəlişlər edilməli və əxlaqsızlıgın davam etməsi halında,bunun ikitərəfli münasibətlərə xələl yetirəcəyi bildirilib.
Göründüyü kimi,Tehran son hadisələrlə baglı Azərbaycana qəzəbini boga bilmir. Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliklərinin son bir neçə gündə İranı terrora dəstək verməkdə günahlandırması rejimi əməlli-başlı hövsələdən çıxarıb.Halbuki,İran 44 günlük ikinci Qarabag müharibəsindən indiyəcən hələ də iddia edir ki,Azərbaycan İŞİD terrorçularından istifadə edib.Yəni,Tehran əlində heç bir sübut olmaya-olmaya Azərbaycanın adını İŞİD kimi terror təşkilatı ilə hallandırır.Bu,Tehrandakı klerikal rejimin aqoniya vəziyyətində oldugun sübutidur.
İran gah Azərbaycanı İŞİD terror təşkilatına,gah “sionist”İsrailə baglayır.Görünür,Azərbaycanın müstəqillik əldə etdiyindən -32 il sonra İsraildə səfirlik açması teokratik rejimin ölkəmizlə planlarını alt-üst edib.
Digər tərəfdən,İranda fəaliyyət göstərən “Səhər”kanalı,SEPAH-ın nızarətində olan teleqram kanalları az qala hər gün Azərbaycana kin qusur.SEPAH-a yaxın olan media Azərbaycanla baglı animasiya videoları yaymaqla açıq-aydın təhdid siyasətini davam etdirir.Tehrandakı klerikal rejim düşünür ki,SEPAH-ın komandirini sərhədə göndərməklə,qırıcılarını Azərbaycan sərhədinin yaxınlıgında uçurmaqla,az qala hər il Xudafərin körpüsü həndəvərində hərbi təlimlər keçirməklə qarşı tərəfə psixoloji hərb taktikası nümayiş etdirəcək.İranın Azərbaycana qarşı bütün təhdidləri,xəbərdarlıqları olduqca arxaik və qeyri-ciddi görünür.İkinci Qarabag mediasından sonra hır addımbaşı Azərbaycanı öz media orqanları tərəfindən təhdid edən,Bakını vurmaüla hədələyən Tehranın Azərbaycan mediasını anti-İran propaqandası aparmaqda günahlandırması məntiqsizdir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir