KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İranın “3+3″layihəsinə geri dönüşü və Zəngəzur koridoru

Kamal Aliyev: İranın “3+3″layihəsinə geri dönüşü və Zəngəzur koridoru

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
163 0

Hələ 2020-ci ildə Türkiyə prezidenti R.T.Ərdogan tərəfindən irəli sürülən və özündə regional inteqrasiya prosesini ehtiva edən “3+3″layihəsi İran tərəfindən o qədər də ciddiyə alınmırdı.Tehranın “3+3″projesinə qeyri-ciddi yanaşmasının ən böyük səbəblərindən birincisi Zəngəzur koridorunun reallaşması ehtimalı idi.İranın son üç ildə Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəblərindən biri həm də Ankaranın Cənubi Qafqazda rolunun artması və beləliklə,Türkiyənin Mərkəzi Asiyaya yeni çıxış alternativinin yaranması idi.Lakin son dövrlər Tehran “3+3” layihəsinə maraq göstərməyə başlayıb.Hətta İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşündə deyir ki,Tehran yaxın tarixdə Azərbaycan,Türkiyə,Rusiya,Ermənistan,Gürcüstan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etmək istəyir.
Ortaya maraqlı sual çıxır:İran bir neçə ildir ideya olaraq irəli sürülən və geoiqtisadi layihə olan “3+3”-ə niyə maraq göstərməyə başlayıb.
Əlbəttə,Tehranın bu canfəşanlıgını diqtə edən bəzi amillər var.Görünür,Rusiyanın “3+3″kimi iqtisadi layihədə israrlı olması Tehranın bu mövzuya tərəddütünü yumuşaldıb.Eyni zamanda,İbrahim Rəisi hökuməti artıq dərk etməyə başlayıb ki,Azərbaycanla Zəngəzur dəhlizi mövzusunda inadkarlıq göstərməyin əhəmiyyəti yoxdur.Və belə olan təqdirdə,Tehranın “3+3″layihəsinə münasibətində yumuşalma müşahidə edilir.Xatırladım ki,”3+3″layihəsi çərçivəsində 5 ölkənin xarici işlər nazirləri Moskvada görüşmüşdü.Lakin Gürcüstan “3+3″layihəsində iştirakda hələ də istəksizdir.Təbii ki,Gürcüstanın məlum geoiqtisadi layihədə iştirak etməməsinin səbəbi Rusiyadır.
Onu da vurgulayım ki,”3+3″layihəsi regional inteqrasiya platforması mahiyyəti də daşıyır və prinsipcə,altı ölkənin maraqlarına cavab verir.Zənnimcə,bu həqiqəti Tehranda da dərk edənlər var.İran eyni zamanda görür ki,müttəfiqi Rusiyanın diqqəti Ukraynadakı işgal hərəkatına qarışıb,Türkiyə isə zəlzələnin fəsadlarıyla məşguldur.Əvəzində,ABŞ Cənubi Qafqazda fəallıgını artırıb,Avropa İttifaqı isə Azərbaycan-Ermənistan sərhədinə 100 nəfərdən ibarət yarımhərbi müşahidə missiyası göndərəcək.İndi Cənubi Qafqazda elə bir situasiya yaranıb ki,həm ABŞ,həm də Avropa İttifaqı öz geopolitik maraqlarını təmin etməkdədirlər.Şübhəsiz ki,bu reallıq Tehran və Moskvanı birbirinə daha da yaxınlaşdıran faktordur.Çünki Rusiya və İran üçün ABŞ,Türkiyə və Avropa İttifaqının Cənubi Qafqaza daxil olması qəbuledilməzdir.
Hal-hazırda Tehran elə düşünür ki,”3+3″layihəsinin realizə edilməsi Qərbin Cənubi Qafqazda möhkəmlənməsinin önünü kəsə bilər.Tehran məcburiyyətdən “3+3” layihəsinə “hə”deyə də bilər.Görünür,İran hökuməti müttəfiqi Putin Rusiyası ilə “qabaqdangəlmişlik”edərək,Cənubi Qafqaz ölkələrinin Qərbə inteqrasiyasını bu həmlə ilə bloklamaq istəyir.
Buna rəgmən,ən kritik mövzu Zəngəzur koridoru məsələsidir.Görək,Tehran Zəngəzur koridori məsələsində mövqeyini Moskva ilə eyniləşdirəcəkmi…

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir