KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İranı İraqda da rahat buraxmırlar

Kamal Aliyev: İranı İraqda da rahat buraxmırlar

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
72 0

Bəzən deyirlər ki,bir sözlə dünya dəyişər,aləm bir-birinə dəyər.Təbii ki,bu ifadə siyasətə də aiddir.İraqın nüfuzlu şiə siyasətçilərinən biri Müqtəda Əs-Sədr bu gün dedi ki,o,siyasətdən tamamilə geri çəkilir,Müqəddəs Türbə,muzey və Sədr ailəsinin mirasından başqa bütün qrumların fəaliyyətini dayandırır.
Elə bu bəyanatdan sonra Sədrin yandaşları İraqdakı prezident sarayına daxil oldular və rezidensiyadakı hovuzda çimməyə başladılar.Şübhəsiz ki,sədrçilər bu formada iranyönümlü iqtidarı protest edirdilər.
Deyirlər ki,bəzən demokratiya bəzi toplumlara 5 gömlək böyük gəlir.Bəli,İraqda cari siyasi mədəniyyət,siyasi münasibətlər elə bu cürdür.

İraqda ötən il keçirilən parlament seçkilərindən sonra hökumət qurulmayıb.Daha dogrusu,İranın İraqdakı yandaşları-indiki baş nazir Mustafa əl-Kazımi Tehrana yaxın Məhəmməd Şiə Sudanini baş nazir etmək istəyir.Müqtəda Əs-Sədr seçki prosesində ölkədəki sünnülər və kürd qruplarla koalisiya yaradıb qalib gəlmişdi.İran isə Sədrin əldə etdiyi nəticədən narahat idi.Və beləliklə,Sədr siyasətdən getdiyini elan etdi.Halbuki,Səddam Heseynin devrilməsindən sonra İraqdakı siyasi üstünlük İranın nəzarətinə keçmişdi.Sədr isə Nəcəf şiə hövzəsini və ərəb milliyətçiliyini təmsil edirdi.Sədr İranın ayagını İraqdan kəsmək istəyirdi.
Bu,çətindir,ancaq iraqlılar İranın ölkələrində at oynatmasından artıq təngə gəliblər.İraqlılar ölkələrinin İranın siyasi labaratoriyası olmasıyla barışmırlar.
İndi söz İraq xalqınındır:ya öz milli uluslarını təsis edəcəklər,ya da yenidən İranın boyundurugu altında yaşamaga qərar verəcəklər.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir