KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İrandakı etirazların səbəbleri

Kamal Aliyev: İrandakı etirazların səbəbleri

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
253 0

sosial-iqtsadi problemlər və teokratik rejimə qarşı nifrətdir.

Artıq 6-cı gündür ki,İranın onlarla şəhərində 22 yaşlı Məhsa Əmininin rejimin “əxlaq polisi”tərəfindən öldürülməsinə qarşı etiraz aksiyaları davam edir.Hazırda ant-rejim aksiyaların səbəbləri haqqında müxtəlif versiyalar,analizlər təqdim olunur.Ancaq gəlin biz İrandakı etiraz aksiyalarını daha obyektiv təhlil etməyə çalışaq.Şübhəsiz ki,İranda nəinki qadınların hüquqları,bütövlükdə bütün toplumun hüquqları pozulur.Xüsusilə,İbrahim Rəisinin prezident seçilməsindən sonra İran cəmiyyətində mühafizəkar elitanın gücü islahtçılarla müqayisədə xeyli gücləndi.Hətta vəziyyət belədir ki,mühafizəkarlar həm parlamentdə,həm hüquq-mühafizə sistemində,həm də icraedici elitada böyük üstünlüklər,imtiyazlar əldə ediblər.Və bu,İran cəmiyyətindəki siyasi və toplumsal qüvvələr arasında birnöv disbalans yaradıb.Yəni reformistlər siyasi v əı toplumsal həyatdan dışlanıb.Əvəzində,İranın ali rəhbəri Seyid Əli Xamaneiyə yaxın fiqurlar olduqca güclü mövqedədirlər.Bu,məsələnin birinci tərəfi.İkincisi,İranda Qərbin iqtisadi sanksiyaları 2018-ci ildə keçmiş ABŞ prezidenti Donald Trampın nüvə sazişindən çıxmasından sonra daha da dərinləşib.İndi İranda sosial-iqtisadi vəziyyət o qədər pisləşib ki,bir qıgılcıma belə ölkə çalxalanır,siyasi katakilizimlər daha da şiddətlənir.Iranda bu gün faktiki olaraq əhalinin böyük əksəriyyəti yoxsulluq həddindən də aşagı səviyyədə yaşayır.Ölkənin milli valyutası rial həddən artıq dəyərsizləşib,infilyasiya sürətlə dərinləşir,bütün iqtisadi göstəricilər aşagı səviyyədədir.İrandan son illər beyin köçü Qərb ölkələrinə üz tutur,xüsusilə,gənclər ölkədə öz gələcəkləri üçün perspektiv görmürlər.Üstəlik,mollaların qadınların geyiminə,davranışlarına yerli-yersiz müdaxilələri də insanları bezdirir.Onsuz da İranda sosial vəziyyət pisdir və buna əlavə olaraq,mollaların toplumsal həyata müdaxiləsi də insanları bezdirir,onları hövsələsizliyə sürükləyir.Əlbəttə,iranlılar azadlıq,sərbəstlik istəyirlər,ancaq əsas səbəblər sosial-iqtisadi vəziyyətin daha da pisləşməsidir.

Kamal Aliyev
Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir