KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İran Şahın zamanında da nüvə silahı yaratmaq istəyib

Kamal Aliyev: İran Şahın zamanında da nüvə silahı yaratmaq istəyib

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
331 0

Nəhayət,Roham Alvandinin 255 səhifəlik “Nikson,Kissencer və Şah:Soyuq müharibə dövründə ABŞ və İran”kitabını oxuyub bitirdim.
Dr.Roham Alvandi bu kitabı ərsəyə gəlməsində ABŞ,Böyük Britaniya və İsraildəki arxiv materiallarından və o dövrün canlı şahidlərindən götürdüyü silsilə reportajlardan faydalanıb.

Kitabın əsas mahiyyəti həm də İran şahı Məhəmməd Rza Pəhləvinin müəyyən dövrlərdə heç də ABŞ-ın peşkası olmadıgı,hətta tam fərqli siyasi kurs yeritdiyini göstərir.
Kitabda Məhəmməd Rza Şahın dövründə ABŞ-İran münasibətlərinin 4 hissəyə ayrıldıgını oxumaq olur.

Belə ki,birinci mərhələdə-1953-1963-cü illərdə Şah ABŞ-a həddən artıq baglı İran lideri olub.Daha sonra prezident Lindon Consunun vaxtında ABŞ-İran münasibətlərində inkişaf tempi müşahidə olunur.

Üçüncü mərhələ isə Riçard Niksonun ABŞ prezidenti seçildiyi vaxtdır ki,bu tarixdə Vyetnamdakı qanlı müharibə,dünya bazarlarında neftin qiymətinin yüksəlməsi müşahidə olunmuşdu.Məhəmməd Rza Şah agıllı bir siyasi persona kimi,ABŞ Yaxın Şərq siyasətində təsirli olmaga cəhd edirdi.O,Məhəmməd Müsəddiqin(1953) çevriliş yolu ilə devrilməsindən sonra da İranın daxilindəki fars milliyətçilərindən dəstək almagı bacarmışdı.

Daha sonra 1973-1976-cı illər isə ABŞ-İran münasubətlərinin dördücü mərhələsidir ki,bu zaman kəsiyində ikili münasibətlər kifayət qədər gərginləşmişdi.

R.Nikson hakimiyyətə gəlməmişdən qabaq Məhəmməd Rza Şah belə hesab edirdi ki,İran daha ABŞ üçün vacib ölkə olmayacaq.Çünki,ikinci dünya müharubəsindən sonra Ag Ev üçün Yunanıstan və Türkiyənin strateji əhəmiyyəti daha yüksək idi.
Əlbəttə,bu,Şahı narahat edirdi və o,hakimiyyətinin son 20 ilində “balanslı”xarici siyasi kursa stavka etməyə başladı.1970-ci illərdə dünya birjalarında neftin qiymətinin artması Şahı iranlılar demişkən,xeyli məmnun etmişdi.

O dövr İran dövləti Yaxın Şərqdə əhəmiyyətli bir geopolitik aktor olmagı bacarmışdı.Yuxarıda vurguladıgım kimi,Şah fürsətdən yararlanıb balanslı siyasətdən daha proaktiv xarici siyasətə transformasiya etmişdi.
Beləliklə,1967-ci ildə Britaniya Yaxın Şərqi tərk edir və regiona ABŞ daxil olur.Düzdür,o zaman Şah ABŞ prezidenti R.Niksona təklif edir ki,İran Yaxın Şərqdə Ag Ev üçün vacub “müttəfiq”ola bilər.Ancaq bu təklifi Nikson adminstrasiyası diqqətə almır.

Nikson və Şahın ilk təması.

Riçard Nikson Duayt Eyzenhauer ABŞ prezidenti olarkən,onun vitse prezident idi və ilk dəfə elə o zaman Məhəmməd Rza Pəhləvi ilə görüşmüşdü.Və bu tarixdən Nikson-Pəhləvi dostlugunun əsası qoyulur.O zaman ABŞ-ın dövlət katibi Henri Kissencer də ABŞ-İran münasibətlərinin inkişafında əz əmək sərf etməyənlərdən idi.
Kitab da bir hissədə belə məqam da var ki,Şah Pəhləvi həm Nikson,həm də Kissencer ilə dostluq əlaqələrindən faydalanaraq,İranı ABŞ-ın qarşısında “müştəri”dövlət statusundan “bərabərhüquqlu”əməkdaşa çevirə bilmişdi.Əslində,bu fakt onu göstərir ki,Şah əsla Niksonun kuklası olmayıb və 70-ci illərdə İraq kürdlərinin Səddam Bəəs partiyasına qarşı mübarizəyə başlamasında ABŞ-ın razılıgına nail olub.Şahın məqsədi həm də o idi ki,İran İraqla sərhədində yerləşən Şəttülərəb çayına nəzarəti ələ keçirə bilsin.
Məhəmməd Rza Pəhləvi hakimiyyətinin son illərində Nikson və Kissencerlə qurdugu yaxın əlaqələrlə SSRİ-nin İrandakı təsirinə qarşı da mübarizə aparıb.

Nəhayət,kitabın son hissəsində Uotergeyt Skandalı,C.Karterin yeni doktrinası,nüvə silahlarının yayılmasına qarşı siyasət Şahı artıq başqa istiqamətlərə yönəldmişdi.Yəni,İranda indiki teokratik rejim kimi M.Rza Pəhləvi də nüvə silahına sahib olmaq istəyirdi.

Ümumiyyətlə,R.Nikson “iki dirəkli”(two pillars)siyasət aparırdı.Niksona görə,İran və Səudiyyə Ərəbistanı Yaxın Şərqdəki siyasi sabitliyin əsas iki ölkəsi idi.
1974-cü ildə R.Nikson istefa verir və hakimiyyətə C.Ford gəlir.
Təbii ki,bundan sonra ABŞ-ın İran siyasəti dəyişir.Bununla yanaşı,dünya bazarında neftin qiyməti o qədər yüksəlir ki,İran 18 milyard dollar vəsait əldə edir.Bu qədər valyuta Şahı nüvə silahı istehsal etməyə sövq edir.
Şübhəsiz ki,Şahın bu istəyi ABŞ prezidenti Fordu narahat etməyə başlayır.
Gəlinən nəticə budur ki,İran dövləti Şahın vaxtında da indiki teokratik rejim kimi nüvə silahı yaratmaga can atıb.O vaxt Qərb İranı bu arzuya çatmaga imkan vermədi.İndi isə Xamanei hətta Vyanadakı nüvə danışıqlarına baxmayaraq,yenə də “nüvə”hədəfindən əl çəkməyəcək.Sadəcə olaraq,rejim agıllıdır və vaxt udmaga çalışır.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir