KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İran niyə Azərbaycanı Ukraynadan dərs almaga çagırır?

Kamal Aliyev: İran niyə Azərbaycanı Ukraynadan dərs almaga çagırır?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
214 0

İran İslam İnqilab Keşikçiləri Korpusunun(SEPAH)üzvü,general Əlirza Tanhay Azərbaycanı hədələyərək deyib ki,Bakı Ukraynadakı vəziyyətdən dərs almalıdır.Həmçinin,iranlı general Əliyev iqtidarını İraqın keçmiş diktatoru Səddam Hüseynlə müqayisə edib,Azərbaycanı Ukrayna xalqının başına gələnlərdən ibrət almaga çagırıb.
Yeri gəlmişkən,bir müddət əvvəl SEPAH uşaqlardan ibarət əsgərlərinin Xudafərin körpüsü ilə Araz çayını keçərək Azərbaycan ərazilərinə getdiklərini əks etdirən video nümayiş etdirmişdi.SEPAH-ın öz çirkin siyasi məqsədləri üçün istifadə etdiyi uşaqların birinin əlindəki bayraqda “Qüds Yolu”əsk olunmuşdu.Şübhəsiz ki,rejim öz hərbi-siyasi doktrinasını həyata keçirərkən,azyaşlılardan istifadə etməklə,onları Tehranın regiondakı geopolitik maraqları naminə ön plana çıxarmaqla beynəlxalq hüququ pozur.Ümumiyyətlə,İranda 1979-cu ildə bu yana 43 ildir ki,şiə şəriyəti hökm sürür və bu ölkədə beynəlxalq hüquq,qadın haqqları kimi məsələlər gözardı edilir.Təbii ki,İrandan beynəlxalq hüquqa hörmət gözləmək,insan hüquq və azadlıqlarına sayqı gözləmək əbəsdir.Və bu,ayrı bir müzakirə mövzusudur.Bu gün toxunacagımız mövzu SEPAH genralının Azərbaycanı Ukraynadakı hadisələrdən dərs almaga çagırmasıdır.Görünür,Tehrandakı ayətullah esteblişmenti Məhisə Əmini adlı xanımın “əxlaq polisi”tərəfindən təzyiqlərə məruz qalaraq öldürülməsindən sonra aylardır davam edən kütlıvi etiraz aksiyalarından xalqın diqqətin yayındırmaq üçün zəhərini Azərbaycanın üzərinə tökməyi özünün ali məqsədi hesab edir.
Digər yandan,iranlı general Azərbaycanı Ukraynadakı hadisələrdən dərs almaga çagırmaqla demək istəyir ki,baxın,Rusiya kimi biz də sizi işgal etməyə girişə bilərik və düşünməyin ki,Qərb sizə ukraynalıları müdafiə etdiyi kimi kömək edəcək.İkincisi,SEPAH generalı Əlirza Tanhay dolayı yolla Azərbaycan prezidenti İlham Əliyevi İraqın keçmiş diktatoru Səddam Hüseyndən dərs almaga çagırır.Lakin reallıq budur ki,Səddam Hüseynin devrilməsində İran hökuməti uzun illər ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya dəstək verib.Bu gün isə Tehran Yaxın Şərqdə özünü ABŞ-ın rəqibi,hətta düşməni hesab edir.Hətta o da məlumdur ki,2001-ci ildə “Əl Qaidə”terrorçu təşkilatı Nyu-Yorkda terror təşkil etdikdən sonra ABŞ-ın Əfqanıstana hücumuna da İran dəstək vermişdi.Hətta ABŞ-ın Əfqanıstana hücumuna dəstək verdiklərini İranın keçmış prezidenti Mahmud Əhmədinejat belə etiraf etmişdi.Şübhəsiz ki,Əhmədinejad bu təlimatı İranın alı rəhbəri ayətullahül-üzma Seyid Əli Xamaneidən almışdı.
O ki qaldı iranlı generalın Azərbaycanı Ukraynadakı hadisələrdən dərs alması sərsəmliyinə,əvvala,rejim özü də bunun qeyri-mümkünlüyünü bilir.Tehrandakı rejim onu da dərk edir ki,Azərbaycanı işgal etmək haqqında düşünərkən və ya hədə tonu ilə danışarkən,Bakı-Ankara hərbi müttəfiqliyini unutmasın.Digər tərəfdən,hər nə qədər Rusiya və İran arasında hərbi-siyasi müttəfiqlik yüksək səviyyədə olsa da,Moskva Tehranın Azərbaycana hərbi müdaxiləsinə imkan verməyəcək.Bu həqiqəti əslində İrandakı hərbi-siyasi elita da başa düşür.

Yaxın günlərdə İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri gözlənilir.Çümkündür ki,Ankarada keçiriləcək Ərdogan-Rəisi görüşündə Azərbaycan-İran münasibətləri,Zəngəzur koridorunun realizə edilməsi kimi mövzular da müzakirə mövzuları olacaq.Mümkündür ki,Türkiyə prezidenti R.T.Ərdogan 2020-ci ildə irəli sürdüyü “3+3″iqtisadi əməkdaşlıq təklifini yenidən iranlı həmkarı İ.Rəisinin yadına salacaq.Ötən gün Türkiyə və Ermənistan arasında karqo yüklərinin daşınması haqqında razılıq əldə olunub.Ankara onillərdir Ermənistana qarşı tətbiq etdiyi qadaganı götürdü.Təbii ki,Ankara-Yerevan münasibətlərinin normallaşması Tehranı əndişəyə sövq edir.Dogrudur,hələ ki,həm Tehran,həm də Yerevan Zəngəzur dəhlizinə qarşı çıxmaqda davam edirlər,amma Türkiyə-Ermənistan münasibətlərinin bərpası yaxın perspektivdə məlum koridorun həyata keçməsinə imkan verə bilər.
Bütün bunları nəzərə alaraq yaxşı olardı ki,İran Azərbaycanı hədələmək yerinə regional əməkdaşlıq formatının yaradılmasına qarşı çıxmasın.

Kamal AliyevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir