KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İran niyə Rusiyanı ona qarşı paradoksal siyasət yürütməkdə ittiham edir?

Kamal Aliyev: İran niyə Rusiyanı ona qarşı paradoksal siyasət yürütməkdə ittiham edir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
65 0

SEPAH-ın nəzarətində olan tasnimnews.com saytında İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü Fədəhhüseyn Malikinin fikirlərinə yer verilib.Mühafizəkar deputat Maliki açıq şəkildə bəyan edir ki,Rusiya İranın “qırmızı xətt”inə zidd hərəkət edir və Zəngəzur dəhlizi məsələsində paradoksal siyasi xətt güdür.
Zənnimcə,iranlı deputat 2020-ci il 9/10 noyabr razılaşmasını oxumayıb,ya da oxuyub,lakin sıhv,özünəməxsus formada interpritasiya edir.Maraqlıdır ki,son vaxtlar 2020-ci ildə imzalanmış atəşkəs müqaviləsini erməni baş nazir və ətrafı da səhv şərh edir.Buna baxmayaraq,9/10 noyabr razılaşması ortadadır(dogrudur,qüvvədə olması son vaxtlar mübahisələndirilməkdədir)və Paşinyanın da imza atdıgı sənəddə Zəngəzur dəhlizi boyunca nəzərdə tutulan marşrut xətti üzərində təhlükəsizliyə Rusiya FTX-si nəzarət etməlidir.İranlı deputat Maliki isə Yerevanın mövqeyinə yaxın ritorikadan istifadə edir;yəni Z əıngəzur dəhlizi o zaman reallaşdırıla bilər ki,nəzarət Ermənistana verilsin.
Görünən budur ki,Zəngəzur dəhlizi məsələsində İranın yanaşması Ermənistanla,hətta Qərblə də üst-üstə düşür.

İranlı deputatın Moskvaya qəzəbi təkcə Zəngəzur dəhiziylə məhdudlaşmır və o,bir az da irəli gedərək Rusiyanı ölkəsinin ərazi bütövlüyünü şübhə altına almaqda ittiham edir.Belə ki,İran körfəzindəki üç adanın ona məxsus oldugunu iddia edən BƏƏ bu istiqamətdə Rusiyanın da dəstəyini alıb.Iran isə faktiki olaraq hər üç adaya(Əbumusa,Böyük Tübm və Kiçik Tübm)nəzarət edir.Rusiya isə hər üç adanın BƏƏ-yə aid oldugunu xarici işlər naziri Sergey Lavrovun dilindən səsləndirib.
Hal-hazırda Ukrayna müharibəsi kontekstində Moskva və Tehran nə qədər müttəfiq olduqlarını iddia etsələr də,bəzi geosiyasi məsələlərdə fikirayrılıqları hələ də qalmaqdadır.Mümkündür ki,məlum narazılıqlar Kazandakı BRİCS sammitində Putin və Pezeşkian arasında müzakirə olunsun.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir