KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İran İsraillə qarşı-qarşıya gəlməyə niyə risq etmir?

Kamal Aliyev: İran İsraillə qarşı-qarşıya gəlməyə niyə risq etmir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
137 0

İranın ali rəhbəri Ayətullah Əli Xamanei növbəti dəfə xütbə verərkən,onun yanında silah olub.Ümumiyyətlə,teokratik rejimlərdə xütbələr əsasən siyasi mahiyyət daşıyır və iranlı liderlər də bundan istfadə edirlır.Xamanei 2020-ci ilin 18 yanvarında-Qasım Süleymaninin keçmiş ABŞ prezidenti Donald Trampın əmriylə Bagdadda öldürülməsindən sonra da silahlı xütbə vermişdi.Nəzərə alsaq ki,şiəlik məzhəbində pişnamazın yanında silahla siyasi xütbə verməsi nadir hesab olunur.
Xamaneinin bu dəfəki xütbəsi İranın Suriyanın paytaxtı Dəməşqdəki səfirlik binasının konsulluq şöbəsinin İsrail tərəfindən hücuma məruz qalması və bir sıra generalların öldürülməsindən sonra baş verdi.Belə olan təqdirdə,ortaya sual çıxır:Xamanei silahlı xütbəylə İsrailə qarşı müharibə anonsumu verir?
-Zənnimcə,İranın ali rəhbəri İsrailə qarşı müharibə anonsundan daha çox öz xalqını sakitləşdirmək,onları teokratik sistemin ətrafında konsolodasiya etmək istəyir.Reallıq budur ki,İranın “dövlət agılı”İsraillə açıq qarşıdurmaya o zaman gedəcək ki,Təl Əviv birbaşa bu ölkəni hədəf alacaq.
Digər yandan,hazırda Benyamin Netenyahuya qarşı həm İsrailin daxilindən,həm də bu ölkənin ən vacib strateji müttəfiqi ABŞ tərəfindən təzyiqlər var.Düşünün ki,İran qisas xatirinə İsraili arsenalında ollan ballustik raketlərlə vurur.O zaman bütün proses dərhal Netenyahunun müharibə hökumətinin əleyhinə çevrilir:ölkə daxilindəki anti-hökumət seqment və ən başlıcası,ABŞ dərhal bu ölkənin yanında olmaga rəsmən qərar verir.Fərz edorəm ki,Əli Xamanei də bu risqi görür ki,daha sərt addımlara getmir.Çünki,İran birbaşa İsrailə qarşı müharibəyə qərar verərsə,bu,bütövlükdə Yaxın Şərqdə genişmiqyaslı hərbi konfrantasiyaya gətirib çıxaracaq.Bu baxımdan,İrandakı klerikal rejim Dəməşqdəki son hadisəylı baglı cəmiyyətdəki qəzəbi yatırmaq və Qəzzadakı İsrail-HƏMAS qarşıdurmasının nəticəsini gözləyəcək.
Bir məqamı da vurgulayım ki,İran-İsrail müharibəsi Rusiyaya sərf edir ki,ABŞ əsas diqqətini bölgəyə sərf etsin ki,o Ukraynada istədiyinə nail olsu

Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir