KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İran Ermenistan ABD anlaşmasına nasıl bakıyor

Kamal Aliyev: İran Ermenistan ABD anlaşmasına nasıl bakıyor

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
23 0

Bir neçə gündür,İran mediasına göz gəzdirirəm ki,görüm ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq üszrə xartiya haqqında nə yazırlar,nə deyirlər.Açıgı deyim ki,ənənəvi İran mediası,rəqəmsal informasiya platformaları,hətta sosial şəbəkələr də nə hikmətdirsə susqundur,hadisəni maksimum görməzdən gəlir.
İranın ABŞ və Ermənistan arasında imzalanmış müqaviləni görməzdən gəlməsini qabaca iki səbəbdən dolayı izah etmək olar:
-İran məlum xartiyanın ciddi oldugunu zənn etmir.Məlum hadisədən əvvəl İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədiyan Yerevanda erməni baş nazir Nikol Paşinyanla görüşmüşdü.Ehtimal bu şəkildədir ki,Paşinyan iranlı bürokrat Əhmədiyana məlum xartiya haqqında məlumat verib və deyib ki,bu,Tehran üçün təhlükə deyil.Hətta ola bilsin ki,Paşinyan İran tərəfinə bu mövzuda qarantiya da verib.
-İkinci versiya isə belə ola bilər ki,İranın hər şeydən xəbəri var və bu xartiyanın imzalanmasını öz təhlükəsizliyi nöqteyi-nəzərindən təhlükəli amil kimi görmür.Aglı başında olanlar,azacıq rasional düşünmə qabiliyyəti olanlar dərk edirlər ki,ABŞ və İran pərdə önündə “qanlı-bıçaq”olsalar da,yeri gələndə,pərdə arxasında öz mənfəətləri naminə əməkdaşlıq da deyirlər.Biz bunu”arxa qapı diplomatiyası”kimi də dəyərləndirə bilərik.Yadımdadır,İranın keçmiş prezidenti Mahmud Əhmədinejat bir dəfə demişdi ki,Nyu-Yorkdakı 2001-ci il 11 sentyabr hadisələrindən sonra Tehran ABŞ-nin Əfqanıstana hücumunu dəstəkləmiş və hətta ona yardım da etmişdi.(bu yardım ən azı kəşfiyyat məlumatları ola bilərdi)

Yuxarıda da yazdıgım kimi,İran-ABŞ arxa qapı diplomatiyası gərəkli zamanda,şərtlərin diqtə etdiyi anda dövriyyəyə girir.ABŞ-nin İraqı işgal etməsi İranın bu ölkədə güclənməsinə gətirib çıxarmışdı.İraqın ABŞ tərəfindən işgalına qədırki dövrdə İran istədiyi kimi bu ölkədə at oynada bilmirdi.İndi isə İran rejimi İraqın nəinki ictimai-siyasi,hətta mədəni,hərbi həyatında da dominant rol oynayır.İran özə baglı radikal şiələrdən öz mənfəəti naminə istifadə edir
Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir