KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İran bu dəfə də Azərbaycana qarşı “İsrail”mövzusunu işə saldı

Kamal Aliyev: İran bu dəfə də Azərbaycana qarşı “İsrail”mövzusunu işə saldı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
288 0

Türmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzər Sammitində Azərbaycan prezidenti İlham Əliyev və İranın dövlət başçısı Seyid İ(E)brahim Rəisi arasında keçirilən görüşdə müzakirə mövzularından biri də İsrail olub.

Yeri gəlmişkən,indiyəcən Əliyev və Rəisi arasında baş tutan hər iki görüş də Aşqabadda keçirilib.Azərbaycan mediası Əliyev və Rəisi görüşü haqqında ümumi məlumatla kifayətlənib və detallara varmayıb.Lakin İran mediasında iki ölkə prezidentləri arasında baş tutmuş görüşdə “İsrail”mövzusunu xüsusi olaraq dəyərləndirib.Belə ki,İ.Rəisi azərbaycanlı həmkarı İ.Əliyevə deyib ki,təhlükəsizlik o regionda gərginləşir ki,İsrail orada özünə dayaq tapır.

Tehranın teopolitikasına görə,İsrail onun sərhədləri yaxınlıgında olmamalıdır,ancaq o gedib misal üçün bu ölkənin Suriya ilə sərhədləri yaxınlıgında hərbi baza,müxtəlif siyasi-hərbi qruplaşmalar qura bilər.Hərçənd,Azərbaycanda nə İsrailin hərbçiləri var,nə də siyasi qrupları.Açıq deyim ki,mən heç Azərbaycanda İsrailin hər hansı mövcudiyyətini də dogru hesab etmirəm.Lakin İsrailin Bakıda diplomatik korpusu fəaliyyət göstərdiyi kimi,bizim də Təl-Əvivdə Səfirliyimiz fəaliyyət göstərməlidir.

Bu gün İsral və İran Yaxın Şərqdə düşməndirlər və bir-birləri ilə “kölgə müharibələr”aparırlar.Biz buna proksi müharibələr də deyə bilərik.Məsələ həm də budur ki,Tehran davamlı olaraq”Sionizm”mövzusunu işləyərək daim bizə təzyiq göstərir.Necə deyərlər,İran teopolitikasında Azərbaycan “müstəsna”rol oynayır.Və yaxud biz agzımızla quş tutsaq da faydısı yoxdur və əziz qonşumuz İran öz çaldıgı mahnıya oynamaqda davam edəcək.

Rəisinin Əliyevlə görüşündə bir cümləsi də diqqətimi çəkdi.O,deyir ki,İran çətin günlərin dostudur və öz tərəfdaşlarını heç vaxt tək qoymur.Ancaq biz son günlər ona şahidik ki,Zəngəzur dəhlizinin açılmasında İran da maraqlı deyil və həmişə bəyan edir ki,Ermənistanın ərazi bütövlüyü onun üçün qırmızı xəttdir.Bəli,Zəngəzur(Syunik)İran üçün o qədər həyatı əhəmiyyətli regiondur ki,44 günlük müharibədən dərhal sonra Qafanda konsulluq açmaq həvəsinə düşdülər.Tehran elə zənn etdi ki,Azərbaycan birdən Zəngəzuru ələ keçirər,ona görə də məntəqədə vacib belə olmasa bir konsulluq açım.

Mən heç vaxt İran-Ermənistan münasibətlərinə qarşı olmamışam.Hər iki ölkə müstəqildir və qərarlarını da özləri verirlər.Ancaq bu,o demək olmamalıdır ki,Azərbaycan İsrail ilə münasibətlərini dərinləşdirmək istəyirsə,mütləq İrandan yumuşaq desəm “xeyir-dua”almalıdır.İran da öz növbəsində Azərbaycan dövlətinin seçiminə,geosiyasi hədəflərinə dözümlü yanaşmalıdır.Eybi yoxdur,İran bəzən bizə qəzəbini gizlədə bilmir,ancaq vaxt ötdükcə öyrənəcək,qəbullanacaq.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir