İran XİN başçısı Hüseyn Əmir Abdullahian Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoglu ilə keçirdiyi mətbuat konfransında bəyan edib ki,Tehran bütün dövlətləri İsrailin davranışı ilə baglı agıllı hərəkət etməyə və bu ölkənin Qafqaz regionuna daxil olmasına imkan verməməlidir.İranlı nazirə görə,sionistlərin bölgədə mövcudlugunu regionda sülh və sabitliyə ciddi təhlükə sayırıq və xəbərdarlıq edirik ki,region dövlətləri “saxta İsrail”rejiminin davranışlarına qarşı həssas davransınlar.
Bəri başdan vurgulayım ki,Abdullahianın dedikləri birbaşa Azərbaycana və onun strateji müttəfiqi Türkiyəyə yönəlib.Yəni,Tehran son vaxtlar Ankara-Tələviv xəttində münasibətlərin normallaşmasını həzm edə bilmir və rejim öz mediasında İsrailin Cənubi Qafqazda fəallaşmasını,onun Azərbaycanla münasibətlərinin inkişafında Türkiyəni də günahlandırır.Bir az da dərinə getsəm,Tehranın əsas əndişəsi Türkiyə-Azərbaycan-İsrail üçlüyünün onun regiondakı geopolitik maraqlarına zidd olmasıdır.Rejim hesab edir ki,Türkiyə-İsrail münasibətləri daha da dərinləşəcək və bu kontekstdə Azərbaycan da bu ölkələrlə birlikdə hərəkət edəcək.
İran-Azərbaycan münasibətlərinə gəlincə, prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında dediyi kimi,Azərbaycanın Tehrandakı səfirliyinə hücumun arxasında İran siyasi hakimiyyətinin daxilindəki qüvvələr var və yalnız sifarişçilər ədalət mühakiməsinə çıxarıldıgı təqdirdə münasibətlərin normallaşa biləcəyini demişdi.Zənnimcə,Əliyevin Tehrandakı Azərbaycan səfirliyinə hücumda eyham vurdugu “sifarişçi”İran İslam İnqilab Keşikçiləri Korpusudur(SEPAH).Əliyev bu minvalla ona işarə edir ki,terror aksiyasının arxasındakı “güc”bəllidir və əsas o cavab verməlidir.İran hökuməti isə böyük ehtimalla terrorun icraçısını “dəli”adıyla dispanserə yatırtmaqla hadisənin üstünü örtməyə çalışır.
Digər tərəfdən,indiki məqamda rejim Azərbaycanla açıq qarşıdurmaya getmək də istəmir.Tehran hal-hazırda əsas hərbi və siyasi potensialını İsraillə ehtimal olunan hərbi konfrantasiyaya cəmləyib.Bu,o deməkdir ki,rejim İsrail və ABŞ-ın mümkün olan hücumlarına hazırlaşır və özünə yeni cəbhə(lər)açmaq niyyətindən uzaqdır.
Eyni zamanda,rejim mənsublarının və medianın ritorikasına diqqət etsək görərik ki,Tehran Azərbaycanı “balaca” və “dəcəl”qonşu kimi görür.Hətta İran mediası vaxtışırı olaraq Azərbaycanı “Bakı respublikası”adlandırmaqla həqarət edir və psixoloji təzyiq göstərir.O ki qaldı İsrail və “sionizm”mövzusuna,bu, daha çox daxili auditoriyaya hesablanıb və İrandakı şiə azərbaycanlıların gözündə Azərbaycandan düşmən obrazı yaratmaqla əlaqədardır.
İranın xarici işlır naziri Hüseym Əmir Abdullahian onu da irəli sürüb ki,ölkəsi Azərbaycan və Türkiyə xarici işlər nazirləri ilə birlikdə “üçtərəfli zirvə”keçirməyə hazırdır.Zənn edirəm ki,Abdullahianın təklif etdiyi üçtərəfli görüş hələ ki,qeyri-mümkündür.Bu,o üzdən mümkünsüzdür ki,İran hökuməti Tehrandakı Azərbaycan səfirliyinə qarşı törədilmiş qanlı teraktın araşdırılması və cinayətkarların ədalət qarşısında mühakimə edilməsində maraqlı deyil.Güman edirəm ki,səfirlik terrorunun araşdırılması istuqamətində hər hansı müsbət gəlişmələr yaşanmasa,üçtərəfli zirvə görüşünün keçirilməsi baş tutmayacaq.
Kamal Aliyev