KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: İran Azərbaycana hücum etmək üçün bəhanə axtarır

Kamal Aliyev: İran Azərbaycana hücum etmək üçün bəhanə axtarır

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
465 1

Azərbaycan MN-i növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu yolu ilə erməni silahlılarının silah-sürsat daşıdıgını və rus sülhməramlılarının onları müşahidə etdiyini əks etdirən yeni görüntüləri yayıb.Digər tərəfdən,ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan prezidentinə zəng edir və İlham Əliyev amerikalı diplomata Rusiya sülhməramlılarından şikayət edir.Əliyev ilk dəfə olaraq bəyan edir ki,Qarabag ərazisində 10 min qeyri-qanuni erməni silahlısı var

İran mediası da bir tərəfdən yazır ki,ölkınin şimal-qərb sərhədlərində yaranan gərginliklə əlaqədar olaraq,SEPAH-ın müdafiə və raket bölməl əırinin hazırlıq səviyyəsi yüksəlib.Buna əlavə olaraq,Təbrizdəki ikinci bazada yerləşən Hərbi Hava Qüvvələri(HHQ)istənilən təhlükəyə qətiyyətlə cavab verməyə hazırdır.
Bu arada,İran xarici işlər nazirinin siyasi məsələlər üzrə nüavini Əli Baqeri Kənini 2 günlük Ermənistanda səfərdə olacaq.Bütün bunlar azmış kimi,İran rejiminə yaxın jurnalist Rza Abbasi Azərbaycan prezidentini təhdid edən paylaşım edir və dronların hücumunu təsvir edərək”Bir gün gələcəyik”mesajını yazır.Bütün bu baş verənlər bizə onu göstərir ki,İran Azərbaycana hərbi müdaxilə etmək üçün bəhanə axtarır.Ortaya sual çıxır:İranı Azərbaycana qarşı bu qədər “cəsarətli”mövqenin səbəbi nədir? Cavab o qədər də ç əıtin deyil:Azərbaycanın strateji müttəfiqi Türkiyədə əsrin təbii fəlakəti-zəlzələ baş verib və Ərdogan hökuməti mayın 14-də keçiriləcək prezident seçkilərinə hazırlaşır.Yəni,Tehran görür ki,yaxın bir neçə ayda türk hökumətinin başı öz daxili problemlərinə qarışacaq və bu,İran üçün göydən düşmə fürsətdir.
Bununla yanaşı,ötən ilin fevralın 22-də Azərbaycanla 43 maddədən ibarət strateji müqavilə imzalayan Rusiyanın başı Ukraynadakı işgal hərəkatına qarışıb.Belə olan təqdirdə,Tehran həm Azərbaycanda “sionizm”ovuna çıxır,həm də “dostu”Ermənistana himayədarlıq edir.Lakin İranın bu qədər irəli çıxmasının,Cənubi Qafqazda və Yaxın Şərqdə aktivləşməsinin başqa səbəbləri də var.Belə ki,Çin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında normallaşma prosesi başlayıb.Reallıq budur ki,rejim Çin və Rusiya kimi qlibal güclərin dəstəyini arxasına alaraq,həm Yaxın Şərqdə,həm də Cınubi Qafqazda bir qədər də aktivləşib.Görünür,İranın Ermənistana himayədarlıq etməsi,vaxtaşırı Azərbaycana “əzələ nümayişi” Rusiyanı narahat etmir.Moskvanın hədəfi budur ki,Qarabag problemi həll olunmasın,bölgədə təxribatlar baş versin və beləliklə,2,5 ildən sonra Azərbaycan rus sülhməramlılarının bölgədə həm qalmasına razılıq versin,həm də onlara beynəlxalq mandat versin.Göründüyü kimi,Moskva artıq Cənubi Qafqazda açıq oynayır və bu istiqamətdə İranla birlikdə hərəkət edir.
İranın Azərbaycana hücum edəcəyinə gəlincə,rejim buna hələ ki,risq etməsə də,bəhanə axtarır.Əlbəttə,Tehrandakı klerikal rejim üçün “bəhanə”Zəngəzur koridoru reallıgıdır.Lakin rejimin əsas bəhanəsi Azərbaycan və İsrail arasında siyasi əlaqələrin,hərbi əməkdaşlıgın günbəgün inkişaf etməsidir.Onu da vurgulayım ki,Moskvanın başı Ukraynada qarışsa da,inanmıram ki,İran Rusiyanı nəzərə almadan Azərbaycana qarşı hərbi intervensiyaya qərar versin.Sadəcə olaraq,rejim Ermənistana və Qarabagdakı müasir silahlar,kəşfiyyat məlumatları ötürə bilər.O da mümkündür ki,SEPAH-ın hərbçiləri Ermənistan ordusuna hərbi təlimlər keçsinlər.
Beləliklə,yaxın aylarda,hətta həftələrdə Cənubi Qafqazda kritik hadisələr baş verə bilər.Azərbaycan və Ermənistan arasında lokal hərbi əməliyyatların da baş verməsi istisna olunmur.Bir məqam da mütləq nəzərə alınmalıdır ki,bu dəfə təkcə Ermənistan,Qarabagdakı separatçılar deyil,qarşımızda İran və onun proksiləri də ola bilər.Yəni,İran Yaxın Şərqdə hərbi təlimlər keçdiyi,maliyyələşdirdiyi silahlı proksi qruplaşmaları Ermənistana transformasiya edə bilər.Hətta rejimin Azərbaycana qarşı kiber hücumlarına da diqqət yetirməliyik.

Kamal Aliyev

İlgili Yazılar

1 Yorum

  1. Mahirane - -

    Makaleleri Türkiye Türkçesi ile de çevirir ya da yayınlarsanız memnun oluruz

    Değilse sizi bu şekilde takip etmemiz mümkün olmuyor
    teşekkür ederim

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir