KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: İran-Azərbaycan müharibəsi başlayırmı?

Kamal Aliyev: İran-Azərbaycan müharibəsi başlayırmı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
150 0

 

Azərbaycan və İran arasında gərginlik getdikcə dərinləşir.Bu gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi XİN-ə çagrılıb və onun dörd diplomatının Diplomatik Əlaaələr haqqında 1961-ci Vyana Konvensiyasa zidd fəaliyyət göstərdikləri deyilib.Daha sonra dörd iranlı diplomat “persona-non-qrata” elan edilib və onların Azərbaycanı tərk etməsi üçün 48 saat vaxt verilib.
Artıq belə qənaətə gəlmək olar ki,Azərbaycan-İran münasibətləri ən gərgin mərhələsindədir.Azərbaycanın İsraildə səfirlik açmasından sonra Bakı və Tehran arasında qarşılıqlı ittihamların artacagını fərz etmək olardı.Bundan əlavə,Azərbaycanın hüquq mühafizə orqanları son günlər ərzində İranın agentura şəbəkəsi ilə əlaqəli olmaqda ittiham edilən şəxslərin həbsini davam etdirir.Həm bu gün dörd iranlı diplomatın Azərbaycandan qovulması,həm də İrana yaxın olmaqda ittiham edilən ruhanilərin kütləvi həbsi onu, deməyə əsas verir ki,Tehran-Bakı xəttində hər an eskalasiya ehtimalı mümkündür.Hətta belə demək mümkünsə,Azərbaycan-İran arasındakı gərginlik 2022-ci ildəki Rusiya-Ukrayna müharibəsindən əvvəlki situasiyanı xatırladıb.Xatırladım ki,2022-ci ilin əvvəlində də Rusiya öz qoşunlarını Ukrayna ilə sərhədə yıgmışdı.Bu gün isə İran SEPAH-ın hərbçilərini Naxçıvanla sərhədə cəmləyib.Ötən il Rusiya Ukraynanın NATO-ya daxil olacagını bəhanə edərək,bu ölkəyə qarşı işgal hərəkatına başladı.Hal-hazırda isə İran həm Zəngəzur dəhlizinin özünün “qırmızı xətti”adlandırmaqla,həm də Azərbaycanda İsrailin mövcudlugunu bəhanə edərək,ölkəmizə qarşı hərbi müdaxiləyə qərar verə bilər.İndiki situasiyada Azərbaycan-İran arasında münasibətlər olduqca həssas dövrünü yaşayır və bu,eskalasiya ehtimalını daha da artırır.Lakin bir detalı da nəzərə almalıyıq ki,İran hər hansı addıma qərar vermədən əvvəl mütləq Rusiya və Türkiyənin mövqeyini nəzərə alacaq.Azərbaycan və Türkiyı arasında strateji müttəfiqlik haqqında “Şuşa Bəyannaməsi”var.Azərbaycan və Rusiya arasında 2022-ci ilin dekabrın 22-də imzalanmış və 43 maddədən ibarət müttəfiqlik sazişi var.Təbii ki,Tehran Bakı-Ankara,Bakı-Moskva arasındakı münasibətlərdən xəbərsiz deyil.
Bur məqamı da vurgulayım ki,yaxın tarixdə Rusiyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək.Daha sonra İran prezidenti Ebrahim Rəisinin də Ankaraya ziyarəti gözlənilir.Ehtimal edirəm ki,hər iki ziyarətin əsas müzakirə mövzularından biri də İran-Azərbaycan arasındakı gərginlik olacaq.Görünən budur ki,nə Rusiya,nə də Türkiyə Azərbaycan və İran arasında müharibənin baş verməsində maraqlıdır.Yuxarıda vurguladıgım hər iki ziyarət Azərbaycan və İran arasında bundan sonrakı proseslərin gələcəyini müəyyən edəcək.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir