KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: İqtisadi Əməkdaşlıq Təşkilatının(İƏT) 15-ci zirvəsi

Kamal Aliyev: İqtisadi Əməkdaşlıq Təşkilatının(İƏT) 15-ci zirvəsi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
427 0

İqtisadi Əməkdaşlıq Təşkilatının(İƏT) Aşqabadda keçirilən 15-ci zirvə toplantısının nəticələrini hərə öz prizmasından,özünə sərf edən rakursdan təhlil etməyə çalışır.
Məsələn,hökumətə yaxın bəzi təhlilçilər iddia edirlər ki,İƏT-in Aşqabad toplantısında əsas prioritet mövzulardan biri də Zəngəzur dəhlizi olub.
Reallıq isə bundan ibarətdir ki,artıq geopolitik proyek olan Zəngəzur koridoru elə ən çox Rusiyanın strateji maraqlarına cavab verir.

Əvvala qeyd edim ki,1985-ci ildə Pakistan,İran,Tükiyə və Azərbaycanın da 1992-ci ildən üzv oldugu bu təşkilat adından da bilindiyi kimi,daha çox 10 üzv ölkənin iqtisadi əməkdaşlıgını ehtiva edir.
Dolayı yolla,Zəngəzur dəhlizi mövzusu bu təşkilatdan daha çox Rusiyanın inhisarındadır.

Dogrudur ki,10 ölkənin üzv oldugu bu təşkilatın bəzi üzvləri həm də patronajı Rusiya olan KTMT-nin də tərəfləridir.
Mənim Aşqabad zirvəsində ən çox diqqətimi çəkən Azərbaycan prezidenti İlham Əliyevin “Zəngəzur dəhlizi reallıga çevrilir”fikiri oldu.Daha sonra isə Türkiyə prezidenti jurnalistlərə verdiyi müsahibədə dedi ki,Araz çayı boyunca Naxçıvana avtomobil və dəmiryolu xətti çəkiləcək.Və bu xətt Türkiyənin şərqində yerləşən Igdır şəhərinə qədər uzanacaq.

Görünən odur ki,Zəngəzur dəhlizi məsələsində müəyyən razılıq əldə olunub.O ki,qaldı Zəngəzur dəhlizinin üzərində nəzarət-buraxılış məntəqəsinin olması məsələsi,türk mediası yazır ki,bu istiqamətdə təhlükəsizliyi Rusiyanın Fəderal Təhlükəsizlik Bürosu(FSB)təmin edəcək.

Azərbayanlı siyasi icmalçılar,politoloqlar iddia edir ki,güya erməni baş nazir Soçi görüşündə tələb edib ki,Zəngəzur dəhlizi üzərində nəzarət-buraxılış məntəqəsinə Ermənistan nəzarət etsin,ancaq Rusiya bununla razılaşmayıb.Açıgı deyim ki,mən dəqiq bilmirəm ki,Putin Paşinyanın təklifi ilə razılaşıb ya yox.Lakin bildiyim odur ki,Rusiya baş nazirinin müavini Aleksey Overçuk həm Paşinyan,həm də Əliyevlə görüşəndə belə demişdi ki,kommunikasiya xəttlərinin keçdiyi ərazilər həmin dövlətlətlərin yurisdiksiyasına daxil olacaq.

Digər tərəfdən,Türkiyə prezidenti Ərdogan Arazboyu avtomobil və dəmiryolu xəttinin çəkiləcəyi haqqında Soçidə razılıq əldə olundugunu desə də,yurisdiksiya məsələsinə toxunmadı.Əvvəllər də yazdıgım kimi,Zəngəzur dəhlizi(ermənilər buna yol,kommunikasiya xətti deməyə üstünlük verir)məsələsində əsas problem də məhz “yurisdiksiya”məsələsidir.

Bu problemin həllinin iki yolu var;
1)Dəhliz üzərində nəzarət-buraxılış məntəqəsi olacaq və buna Ermənistanın Gömrük və Sərhəd xidmətləri nəzarət edəcək.
2)Araz boyunca Ordubada qədər inşa ediləcək avtomobil və dəmiryolu xəttlərinin təhlükəsizliyini Rusiya təmin edəcək.Məncə,sonda ikinci variantın realizə edilməsi daha akseptabeldir.

Yeri gəlmişkən,onu da vurgulayım ki,İƏT-Aşqabad zirvəsində ən maraqlı hadisələrdən biri də Azərbaycan-İran-Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli sazişin imzalanmasıdır.Belə ki,bu razılaşmaya əsasən,Türkmənistan İran üzərindən hər il Azərbaycana 1,5-2 milyard kubmetr qaz ixrac edə biləcək.

Bilindiyi kimi,indiyəcən türkmən təbii qazının əsas alıcıları Rusiya və Çin idi.Bundan sonra Türkmənistan öz təbii qazının üçün yeni alternativ qazanmış olur.Enerji xəttlərinin çəkilməsi,yeni alternativlər türkmənlər üçün hazırda prioritet hədəfdir.
Belə ki,gələcəkdə türkmən qazı Azərbaycan üzərindən Türkiyəyə,ordan isə Avropa bazarına çıxır.Türkiyə isə bu kontekstdə enerji mərkəzi,əsas düstürübütor olmaq imkanı qazanır.Necə ki,eyni üstünlüyü Almaniya Rusiyadan Baltik dənizinin altı ilə “Şimal Axını-2″layihəsi vasitəsi ilə əldə edəcək.Almanlar bu layihə vasitəsi ilə rus təbii qazını başqa Avropa ölkələrinə sata biləcəklər.Bu,həm ayrı-ayrı özəl şirkətlərə,həm də federal büdcəyə gəlir gətirəcək.

Son olaraq,onu da vurgulayım ki,Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşünü şişirərək”İran axırda bizim dediyimizlə razılaşdı”kimi təhlil etmək gülünclükdür.Əlbəttə,ilk dəfə keçirilən Əliyev-Ruhani görüşü olduqca vacib idi.Çünki indiki mərhələdə Azərbaycan-İran münasibətlərinin normallaşması hər iki dövlətə də gərəklidir.Üstəlik,nəzərə alaq ki,İran da “3+3″proyektinə qoşulmaga razılaşıb.

Kamal AliyevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir