KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: İngilisin yenə Ərdogana işi düşüb

Kamal Aliyev: İngilisin yenə Ərdogana işi düşüb

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
21 0

Böyük Britaniyanın nüfuzlu nəşrlərindən olan “The Economist”dünənki sayında yazıb ki,ABŞ Avropanın təhlükəsizliyi məsələsində geri çəkilir və qoca qitənin mümkün “xilaskarı”Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan ola bilər.
Məqalədə ona vurgu edilir ki,Trampın ABŞ-si geri çəkilir,Ukrayna müdafiə mövqeyindədir,silah istehsalı üçün vəd edilmiş xərclərə baxmayaraq,hələ ki,istənilən nəticə əldə etmək mümkün görünmür.Məqalədə o da göstərilir ki,Avropa qorxmamalıdır,çünki Ərdogan onların arxasındadır.

Yeri gəlmişkın,aprelin 11-də Tayyib Ərdogan belə bəyan vermişdi ki,Türkiyəsiz Avropanın təhlükəsizliyi düşünülməməlidir.Görünür,Ərdoganın bu cümləsi ABŞ-nin təhlükəsizlik çətirinə etibar etməyən Avropa üçün “göydəndüşmə”təsəllidir.

Məqalədə toxunulan fikirlərdən biri də odur ki,Ərdogan ölkəsinin gücünü tez-tez şişirir,Türkiyəni regional nəhəng,Avropanı isə “qansız”və “köhnəlmiş”güc kimi göstərir.Buna rəgmən,avropalılar Ərdoganın bu fikirlərini görməzdən gəlməlidir.
Yəni,bu,o deməkdir ki,Ərdogan bəzən bizi iynələsə də,biz onu bagışlamalıyıq ku,artan Rusiya təhlükəsi qarşısında türklərə ehtiyacımız var.Məqalədə ingilislər Türkiyə iqtisadiyyatının agır vəziyyətdə olduguna da işarə edirlər və dolayı yolla demək istəyirlər ki,Rusiya ilə mümkün hərbi toqquşmada(hərçənd,bu,gözlənilmir)türklərə iqtisadi yardım etməklə,onların ordusundan təhlükəsizliyimiz üçün faydalana bilərik.
Əl qərəz,ingilislər,ümumiyyətlə avropalılar türklərin qara qaşına,qara gözünə aşiq deyillər.Avropalıları maraqlandıran,narahat edən onların təhlükəsizliyi və buna nail olmaq üçün də türklərin hərbi dəstəyinə möhtac olmalarıdır.
Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir