KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: İlham Əliyev Rusiyaya niyə qəzəbləndi?

Kamal Aliyev: İlham Əliyev Rusiyaya niyə qəzəbləndi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
316 0

Azərbaycan prezidenti İlham Əliyevin dünən Rusiyanın ünvanına səsləndiyi iradlar olduqca maraqlı idi.Hətta belə demək mümkünsə,Əliyev açıq-aydın Kremlə sitəm etdi.
Çalışacsm prezident Əliyevin Kremlə yönəltdiyi iradlıarı açı q şəkildə təhlil edim.
Beləliklə,prezident İ.Əliyev dünən belə dedi ki, bir neçə ay əvvəl Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli generalı Bakıda səfərdə olarkən Azərbaycanın müdafiə nazirinə deyib ki,iyun ayına qədər Qarabagdakı erməni hərbçiləri ərazidən çıxarılacaq,ancaq artıq iyul ayıdır,qeyri-qanuni erməni ünsürlər hələ də regiondadır.
Şübhəsiz ki,Əliyev 2020-ci ilin 10 noyabrında imzalanmış birgı bəyannaməyə istinad edir.Və o da məlumdur ki,10 noyabr deklarasiyasının dördüncü bəndinə əsasən,Rusiys sülhməramlı kontingenti erməni silahlılarının geri çəkilməsinə paralel olaraq ərazidə yerləşdirilir.Gördüyünüz kimi,artıq 2 il keçməsinə baxmayaraq,qanunsuz erməni silahlıları Qarabagı tərk etməyib,əksinə Ermənistandan növbəti hərbçilər regiona göndərilir.
Reallıq budur ki,Rusiya 10 noyabr razılaşmasının tə r əfl əırindən biri olmasına baxmayaraq,üzərinə düşənləri yerinə yetirmir.Hətta Rusiya Qarabagda rus icması yaradır,Xocalıda heykəl qoyur,rus ədiblərinin büstlərini yaradır.
Zənnimcə,Rusiyanın Qarabagdakı illeqal erməni hərbçilərini ərazidən çıxarılmamasının səbəbi budur ki,3,5 il sonra ərazidə qala bilsin.Rusiya açıq-aydın istəyir ki,Azərbaycan hökuməti Qarabagdakı rus hərbçilərinə “sülhməramlı”statusu versin.Belə ifadə edim ki,Rusiya müharibədən sonra dəfələrlə Azərbaycana Qarabagdakı rus hərbçilərinin statusu ilə baglı təzyiqlər edir.Məntiq budur ki,əgər Azərbaycan tərəfi Qarabagdakı rus hərbi varlıgına “sülhməramlı”statusu verməsə,onlar 2025-ci ildə ərazini tərk etməlidirlər.Görünür,Rusiya prezidenti Cənubi Qafqazı əldın çıxarmamaq üçün həm Ermənistandakı, həm də Azərbaycandakı hərbi mövcudiyyətindən imtina etmək istəmir.
Ümumiyyətlə,Rusiya Qarabagın yekun statusunun müəyyən edilməsini gecikdirir,onu qeyri-müəyyən vaxta qədər uzatmaq istəyir.Kreml dərk edir ki,rus hərbçilərini Qarabagdan çıxarsa,sabah Ermənistan da Gümrüdəki 102 saylı rus hərbi bazasının ölkəni tərk etməsini tələb edə bilər.Indiki vaxtda həm Gürcüstanda(Abxaziya və Osetiya),həm Ermənistanda,həm də Azərbaycanda rus hərbi kontingenti var.Rusiya hər vəchlə Cənubi Qafqazda mövcudlugunu qorumaq üçün öz ordusundan istifadə edir.
Rəsmi Yerevan və Qarabagdakı qondarma rejim rus hərbi kontingentinin ərazidə qalmasından yanadır.2020-ci il 10 noyabr razılaşmasına görə,tərəflərdən biri istəyərsə,Qarabagdakı rus hərbçiləri ərazini tərk etməlidirlər.Məlumdur ki,Rəsmi Bakı 2025-ci iidə Qarabagdakı rus hərbçilərinin ərazini tərk etməsini tələb edəcək.Maraqlıdır ki,Rusiya Azərbaycanın bu tələbinə nə cavab verəcək.Güman edirəm ki,2025-ci ildə Kreml Qarabagı tərk etməmək üçün separatçı ermənilərin vasitəsi ilə müəyyən təxribatlar törədə bilər.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir