KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: İlham Əliyevin İrana ittihamı,Paşinyanın Brüssel görüşündə “Makron”şərti

Kamal Aliyev: İlham Əliyevin İrana ittihamı,Paşinyanın Brüssel görüşündə “Makron”şərti

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
18 0

Gözlənilirdi ki,dekabrın 7-də Brüsseldə Avropa İttifaqı Şuraslnın sədri Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında npvbəti görüş keçirilıcək.Prezident Əliyevin açıqladıgına görə,onun köməkçisi H.Hacıyevlə Ş.Mişelin ofisindən əlaqə saxlayıblar və deyiblər ki,Paşinyan görüşə Fransa prezidenti Emanuel Makronun qatılacagı təqdirdə iştirak etməyə hazır oldugunu bildirib.Əliyev deyib ki,bu,görüşün baş tutmayacagı deməkdir.
Artıq belə bir nəticəyə gəlmək olar ki,ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması qeyri-mümkündür.Yadınıza salım ki,bir müddət əvvəl yazmışdım ki,nəinki ilin sonuna qədər,hətta növbət il ərzində də Bakı və Yerevan arasında sülh müqaviləsinin imzalanması real görünmür.Əksinə,Ermənistanın dövlət büdcəsindən hərbi xərclər üçün ayrılan vəsait 47%artırılıb,Qarabagdakı separatçı rejimə də yüzmilyonlarla dollar pulun ayrıldıgını görürük.
Bundan əlavə,Ermənistan Hindistan və başqa ölkələrdən silah-sürsat alır,Yuxarı Qarabagdakı separatçı ermənilər az qala hər gün Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tuturlar.Hətta bütün bu proseslərdən sonra belə bir düşüncəyə gəlmık mümkündür ki,Ermənistan özü üçün uygun bildiyi bir zamanda Azərbaycana qarşı hərbi əməliyyatlara başlaya bilər.Zənnimcə,biz bu həqiqəti yaddan çıxarmamalı və Erm əınistanla hərbi eskalasiyaya hazır olmalıyıq.
O ki qaldı Paşinyanın Əliyevə görüşdə fransız prezident Makronun da iştirakını tələb etməsinə,bu,onu göstərir ki,erməni baş nazir hər vəchlə Parisi prosesə qoşmaqla,prinsipcə,həm Rusiyanın mövqelərini zəiflətmək istəyir,həm də Azərbaycanla sülh müqaviləsinin imzalanmasını ləngidir.İkinci bir versiyada bundan ibarətdir ki,Paşinyanın Makron israrının arxasında Moskva-Paris-Yerevan ssenarisi də mümkün olsun.
Praqada keçirilən görüşdə E.Makronun da iştirakı Yerevanı görünür olduqca həvəsləndirib ki,Paşinyan bu gün Əliyevin qarşısında şərt qoşur.Düşünürəm ki,Əliyev növbəti Brüssel görüşündə iştirak etmədən əvvəl götür-qoy etməlidir.Kaş Əliyev Praqadakı görüşdə Makronun iştirakına razı olmayaydı.Bu,səhv qərar idi və belə bir qərar Paşinyanı indi ərköyünləşdirib.

Bakı-Tehran gərginliyi.

Əliyev açıqlamasında onu da deyib ki,Azərbaycan torpaqları işgal altında olarkın,İran sərhədlərimiz yaxınlıgında heç bir hərbi təlim keçirməyib.Əliyevə görə,Azərbaycan sərhədinin 132 kilometri işgal altında idi,ancaq İran hərbi təlim keçirmirdi.Azərbaycan prezidentinin açıqladıgı maraqlı fikirlərdən biri də bu,idi ki,bu illər ərzində Azərbaycanın ərazi bütövlüyü İran üçün “qırmızı xətt”deyildi.Bundan əlavə,Əliyev deyib ki,İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edıcəyik.Artıq belə bir fikirə gəlmək mümkündür ki,Əliyev İran daxilindəki etiraz aksiyalarının miqyasının dagşha da artacagını görür və bu ölkədəki etnik azərilərin müdafiəsini hpkumətinin prioriteti oldugunu elan edir.Beləliklə,Azərbaycan-İran münasibətlərinin yaxın vaxtlarda daha da gərginləşəcəyini təxmin etmək olar.Xatırladım ki,Əliyev Səmərqənddə keçirilən TDT-nin zirvə toplantısında da İrandakı azərilərin hüquqları mövzusunda maraqlı və ciddi cümlələr qurmuşdu.Nəzərə alaq ki,Əliyevin İrandakı azərbaycanlılarla baglı son söylədikləri rəsmi Bakının Tehranla hələ bir müddət də “soyuq müharibə”vəziyyətində oldugunu göstərir.Üstəlik,Azərbaycan prezidentinin Cənubi Azərbaycandakı soydaşlarımızla baglı sözləri bu insanlarda əlavə motivasiya,ruh yüksəkliyi,teokratik rejimdə isə qəzəb və hikkə yaradır.
Gözləyək,görək proseslərin sonu necə olacaq…

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir